Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.
Gundemxeber.Az APA-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Ukrayna ilə dünənki danışıqların nəticələri barədə hansısa qiymətləndirmə aparmağın hələ tez olduğunu söyləyib. “Əlbəttə, prezidentə məlumat verilib. Danışıqlara hər hansı bir qiymət vermək hələ tezdir, biz bunu vaxtından əvvəl etmək istəməzdik. Biz onları təhlil etməli və sonra perspektivlər haqqında düşünməliyik”, - Kremlin sözçüsü vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?