GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » "Azadlıq həmişə tiraniya üzərində zəfər çalacaq"

"Azadlıq həmişə tiraniya üzərində zəfər çalacaq"

Tarix: 2-03-2022, 11:59 Bölmə :Dünya Baxış: 232


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı gecəsi ilk illik hesabat məruzəsində avtokrat rəqiblərinə qarşı sərt sözlər sərf etdi və ağır pandemiya, artan qiymətlər və siyasi fikir ayrılıqlarına çözümlər irəli sürdü.

Bayden Konqres palatasına alqışların sədası altında və son iki ildir davam edən pandemiya zamanı görünməmiş bir vəziyəttə maskasız bir şəkildə daxil oldu.

“Ötən il COVID bizi ayırdı. Bu il nəhayət yenidən birlikdəyik,” Bayden dedi.

Bayden çıxışından başında “Bu gün biz Demokratlar, Respublikaçılar, Müstəqillər olaraq. Amma ən önəmlisi amerikalılar olaraq. Bir-birimizə, Amerika xalqına, Konstitusiyaya borcumuzla. Azadlığın həmişə tiraniya üzərində zəfər çalacağına dair sarsılmaz qətiyyətlə bir araya gəlirik,” söylədi.

Biz Yer üzündə yeganə xalqıq ki, hər zaman üzləşdiyimiz hər bir böhranı imkana çevirmişik.

O, çıxışı boyu inaqurasiya nitqində olduğu kimi amerikalıları birlik olmağa çağırdı.

“Biz Yer üzündə yeganə xalqıq ki, hər zaman üzləşdiyimiz hər bir böhranı imkana çevirmişik,” Bayden Ukrayna böhranından tutmuş ABŞ iqtisadiyyatı, pandemiya, silah hüquqları və səsvermə hüquqları kimi məsələlərdə qanunvericilik islahatları kimi bir sıra mövzuları əhatə edən bir saatdan çox davam edən çıxışının sonunda dedi. “Biz bu gün bir il öncə ilə müqayisədə daha güclüyük. Bir il sonra da bu gündən daha güclü olacağıq. İndi bizim üçün zəmanəmizin çətinlikləri ilə üzləşib, onları aradan qaldırmaq vaxtıdır.”

Ukrayna məsələsi

Konqres üzvləri əllərində kiçik mavi-sarı Ukrayna bayraqları dalğalandırırdı. Bayden çıxışında Rusiya ilə Ukrayna arasında eskalasiya edən münaqişə ilə başladı və ABŞ hava hövzəsini dərhal Rusiya uçuşlarına bağladığını elan etdi. Nitqinin növbəti 10 dəqiqəsini Bayden bu məsələyə həsr etdi.

"Rusiya Prezidenti Vladimir Putin altı gün öncə azad dünyanın bünövlərəni sarsıtmağa çalışdı və onu öz qorxulu yoluna çəkə biləcəyini düşündü,” deyən Bayden həm Demokratlar həm də Respublikaçılar tərəfindən alqışlandı. “Lakin o, çox səhv hesab etdi. O düşünürdü ki, Ukraynaya daxil olacaq, dünya da kənara çəkiləcək. Amma bunun əvəzinə o heç vaxt təsəvvür etmədiyi güclü bir divarla qarşılaşdı. O Ukrayna xalqı ilə qarşılaşdı,” Bayden dedi.

SEE ALSO:

"Putin heç vaxt azad dünyanın qətiyyətini zəiflətməyəcək"

Baydenin çıxışını birinci ledi Cill Baydenin yanında Ukraynanın Birləşmiş Ştatlardakı səfiri Oksana Markarova da izləyirdi. Ağ Ev bildirmişdi ki, birinci ledinin hesabat məruzəsinə geyindiyi mavi libasın biləyinə Ukraynanın milli çiçəyi olan kiçik günəbaxan naxışı vurulub.

Baydenin çıxışında koronavirus pandemiyası və həmişəki kimi iqtisadiyyata böyük diqqət ayırıldı. O daha öncə Konqresin birgə sessiyası önündə çıxış etsə də, bu onun ilk illik hesabat məruzəsi idi.

Bayden pandemiya ilə bağlı “Bizim əldə etdiyimiz irəliləyiş səbəbilə, sizin qətiyyətiniz və bizim əlimizdə olan alətlər səbəbilə mən bu gün deyə bilərəm ki, biz təhlükəsiz bir şəkildə irəliyə doğru gedirik, daha normal vəziyyətə qayıdırıq.”

Ancaq Ukraynadakı dəyişkən vəziyyət son həftələrdə Vaşiqntonda əsas diqqət mərkəzinə çevrilib. ABŞ və NATO müttəfiqləri Rusiya valyutası və birja bazarlarının çökməsinə gətirib çıxaran sanksiyalar tətbiq ediblər, eyni zamanda isə Ukrayna hökumətinə silah və yardım vəd ediblər. Ancaq Bayden ABŞ qoşunlarının Ukraynada döyüşməyəcəyini deyib.

"Ukraynalılar tam cəsarətlə mübarizə aparırlar. Ancaq növbəti bir neçə gün, həftə, ay onlar üçün çətin olacaq," o dedi.

Baydenin ən sərt amerikalı tənqidçiləri ona qarşı iradlarını bildiriblər. Sabiq Prezident Donald Tramp çərşənbə axşamı deyib ki, “indi Ukraynada müharibə aparılmamalıdır və Bayden, NATO və Qərbin onun başlamasına imkan verməklə bu qədər uğursuz olmaları bəşəriyyət üçün dəhşətlidir.”

Bayden nitqindən sonra Ayovanın qubernatoru Kim Reynolds Respublikaçılar partiyasının cavabını təqdim etdi.

“Daha yaxşı Amerika qurmaq”

İqtisadiyyat məsələsində Bayden diqqəti atmağı planlaşdırğını dörd addıma yönəltdi. Bunlar ABŞ-da istehsalı artırmaq və təchizat zəncirlərini gücləndirilmək, malların qiymətlərini aşağı salmağa çalışmaq, kiçik biznesləri qorumaq üçün ədalətli rəqabəti təşviq etmək və yaxşı maaşlı işlərə maneələri aradan qaldırılmaq daxildir.

Onun iqtisadiyyatla bağlı bəyanatları Konqresdə bəzi dərin fikir ayrılıqlarının olduğunu göstərdi. Belə ki, Konqres üzvləri Bayden Amerika Xilasetmə Planı kimi tanınan pandemiya ilə mübarizə qanun layihəsindən bəhs etdiyi zaman onu fitə basdılar.

Amerikada daha çox avtomobil və yarımkeçiricilər istehsal edin və ya Amerikada infrastruktur və innovasiyalar hazırlayın, malların Amerikada daha sürətli və ucuz hərəkət etməsini təmin edin. Xarici təchizat zəncirlərinə arxalanmaq əvəzinə Amerikada yaxşı dolanışıq təmin edən daha çox iş yeri açın. Gəlin bunları Amerikada edək.

“Məncə mənim inflasiyaya mübarizə aparmaq üçün daha yaxşı ideyam var: maaşları deyil, xərcləri azaldın,” o dedi. “Amerikada daha çox avtomobil və yarımkeçiricilər istehsal edin və ya Amerikada infrastruktur və innovasiyalar hazırlayın, malların Amerikada daha sürətli və ucuz hərəkət etməsini təmin edin. Xarici təchizat zəncirlərinə arxalanmaq əvəzinə Amerikada yaxşı dolanışıq təmin edən daha çox iş yeri açın. Gəlin bunları Amerikada edək. ”

Bu nitq adətən təmtəraq göstərişi olur və amerikalı olmağın nə demək olduğunu əks etdirir. Bu il də heç bir fərq olmadı. Birinci ledinin yanında Ağ Evin bildirdiyinə görə, “prezidentin nitqində qeyd etdiyi siysət və ya mövzuları təmsil etdikləri üçün” seçilən səkkiz qonaq oturmuşdu.

Onlar arasında həmkarlar ittifaqını təmsi edən amerikalı, universitetdə oxuyan valideyn, səhiyyə işçisi, texnoloji yenilikçi, hərbçi ailəsi, Amerika hindusu və Amerikanın gələcəyini təmsil edən bir uşaq var idi.

Onlar arasındakı ən gənc insan Virciniya ştatından yeddinci sinif şagirdi Coşua Deyvis idi. Coşuaya körpə ikən 1-ci tip şəkərli diabet diaqnozu qoyulub. O, 4 yaşında ikən Virciniya Baş Assambleyasını məktəbləri 1-ci tip şəkərli diabeti olan uşaqlar üçün daha təhlükəsiz edən qanun layihəsini qəbul etməyə çağırıb.

İllik hesabat məruzəsində adət olduğu üzrə Bayden prezidentlik səalhiyyətindən istifadə edərək bir açıqlama etdi və palatadakı insanlara dedi ki, Coşuanın bir gün öncə 13-cü ad günü olub.

“Bu arada, ad günün mübarək, dostum,” Bayden dedi./amerikanınsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham Əliyevə zəng edib

    ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham ...

    20-05-2016, 22:59

  • 
  • Co Bayden: İŞİD zəifləyir

    Co Bayden: İŞİD zəifləyir ...

    10-04-2015, 12:23

  • 
  • Bayden daha bir ştatda qalib oldu

    Bayden daha bir ştatda qalib oldu ...

    19-11-2020, 12:00

  • 
  • “ABŞ Rusiya ilə eskalasiya istəmir” - Bayden

    “ABŞ Rusiya ilə eskalasiya istəmir” - Bayden ...

    29-04-2021, 09:57

  • 
  • Co Bayden 2020-ci il prezident seçkilərinə namizədliyini irəli sürüb

    Co Bayden 2020-ci il prezident seçkilərinə ...

    26-04-2019, 11:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu