ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden rəsmən 2020-ci il prezident seçkilərinə demokratlardan namizədliyini irəli sürüb. Bu, onu dərhal prezident Donald Trampa meydan oxuya biləcək və getdikcə artan demokrat namizədlərin ön sıralarına çıxarıb.
Delaver ştatının veteran senatoru və Obama administrasiyasının iki dönəm vitse-prezidenti Vermont ştatının senatoru Berni Sanders və digər demokratlarla bərabər mübarizəyə qatılmaq üçün namizədliyini irəli sürüb.
Baydenin xarici işlər, kriminal ədalət və daxili siyasət təcrübəsi digər prezidentliyə namizədlərdən daha üstündür.
Ən azı yeddi qadın 76 yaşlı siyasətçini ictimai tədbirlərdə onlara xoşagəlməz toxunmaqda, qucaqlamaqda və öpməkdə təqsirləndirib.
Demokrat Bayden bununla bağlı video mesaj yayımlayıb və öz hərəkətlərini müdafiə edib, lakin davranışını dəyişəcəyini söyləyib.
“Onlar dediyini eşidirəm. Başa düşürəm. Davranışlarıma daha çox fikir verəcəm. Bu, məmin borcumdur” - deyə, Bayden bildirib.
Cümə axşamı yayımlanan video mesajında Bayden ABŞ-ın öz əsas dəyərlərini və dünyada öz mövqeyini təhlükəyə atdığını söyləyib.
"İnanıram ki, tarix bu prezidentin dörd ilinə geri baxacaq və bunu nifrət anı kimi qəbul edəcək. Amma biz Donald Trampa Ağ Evdə səkkiz il verəcəyiksə, biz əbədi olaraq bu millətin xarakterini və kimliyimizi dəyişirik. Mən buna dözə bilmərəm, bu, baş verə bilməz", Bayden deyib.
Pensilvaniya ştatının Skranton şəhərində anadan olmuş və daha sonra Delaverə köçmüş Bayden demək olar ki, bütün karyerası boyu milli siyasətdə olub. 1972-ci ildə ilk Senat yarışını qazandıqdan sonra o, növbəti 36 ildə palatada olub. Daha sonra səkkiz il prezident Barak Obamanın vitse-prezidenti vəzifəsində çalışıb.
Biden 1988 və 2008-ci illərdə prezidentliyə namizədliyini irəli sürüb, lakin seçicilərdən yetərincə dəstək ala bilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?