GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Zelenskinin şiddətli müqaviməti onu beynəlxalq ikonaya çevirir

Zelenskinin şiddətli müqaviməti onu beynəlxalq ikonaya çevirir

Tarix: 3-03-2022, 11:26 Bölmə :Dünya Baxış: 224


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələri ölkəsinə hərbi müdaxilə edəndən bəri dünya səhnəsində önəmli fiqura çevirlib. O, on minlərlə Rusiya qoşunu paytaxta doğru irəlilədiyi bir vaxt Kyivdə qalmaq niyyətində olduğunu bəyan edib.

Zelenski ABŞ-ın hərbi müdaxilədən sonra onu və ailəsini evakuasiya etmək təklifinə məşhur cavabı - “Burada döyüş gedir, mənə evakuasiya yox, sursat lazımdır” - Ukrayna xalqının işğalçı Rusiya qoşunlarına qarşı şiddətli müqavimətinin simvoluna çevrilib.

Zelenskinin Ukraynanın təhlükə altında olan paytaxtının küçələrindən etdiyi video çıxışları və onun Avropa İttifaqı və digər beynəlxalq qurumlara xalqının Rusiyanın hərbi müdaxiləsinə müqvimətini dəstəkləmələri üçün çağırışları dünya boyu ekranlarda yayımlanıb. Ancaq bu yaxınlara qədər keçmiş aktoy və komediyaçı öz ölkəsindən kənarda çox tanınmırdı.

44 yaşlı Zelenski 2019-cu ilin yazında səslərin 73.2 faizini qazanaraq, sabiq prezident Petro Poroşenkonu məğlub edib və hakimiyyətə gəlib. Onun prezident seçilməsi ilə sanki həyat sənəti yamsılayırdı. Belə ki, Zelenski prezident seçilmədən öncə “Xalqın xidmətçisi adlı” televiziya serialında Ukrayna prezidenti seçilən məktəb müəllimini canlandırdığı roluna görə tanınırdı.

Serialın məğzi ondan ibarət idi ki, Zelenskinin canlandırdığı obrazın populyarlığı onun Ukraynada tüğyan edən korrupsiya əleyhinə çıxış etdiyini göstərən viral videodan sonra kəskin şəkildə artır. 2018-ci ildə Ukraynada Zelenksinin televiziya serialının adının veridliyi yeni siyasi partiya televiziya ulduzunu onun uydurma prezident obrazına bənzər anti-korrupsiya platforması ilə prezidentliyə namizəd göstərdi.

Ukraynanın şərqindən

Zelenski o zaman Sovet İttifaqının bir hissəsi olan Ukraynanın cənub-mərkəzində rusdilli bölgədə yerləşən Krıvıy Riğ şəhərində dünyaya gəlib. Yəhudi olan Zelenski deyib ki, onun uzaq qohumları Holokost zamanı böyük əzablar çəkib. Nasistlər onun babasının atası və üç qardaşını öldürüb və o özü müharibə zamanı Qızıl Orduda xidmət edib.

Zelenski hazırda Krıvıy Riğ Milli Universiteti adlanan universitetinin hüquq fakültəsini bitirib, ancaq hüquq sahəsində işləmək əvəzinə komediya yolunu seçib və daha sonra müvəffəq televiziya istehsal şirkətinə çevrilən kvartal 95-ın təsisçilərindən biri olub.

Zelenskinin qeyri-adi uğurlarından biri onun 2006-cı ildə “Ulduzlarla Rəqs” televiziya proqramının Ukrayna versiyasında qalib gəlməsi olub.

Zelenski 2009-2018-ci illərdə bir sıra 

filmlər, xüsusilə romantik komediyalarda aparıcı rollarda oynayıb.

Zelenski 2003-ci ildə ssenarist Olena Kiyaşko ilə evlənib. Onların 17 yaşında bir qızı və 8 yaşında bir oğlu var. Hər üçünün Zelenski ilə birlikdə Kyiv də olduğu güman olunur.

Münaqişə zamanı vəzifəyə gəlib

Zelenski 2019-cu ildə vəzifəyə gələndə onun ölkəsi artıq beş il idi ki, Luqansk və Donesk vilayətlərindən ibarət Donbas regionunda separatçı yarı-hərbi dəstələrlə münaqişə içərisində idi. Yarı-hərbi dəstələr Rusiyanın dəstəyi ilə hər iki vilayətin bir hissəsinə nəzarət edirdi və tez-tez Ukrayna qoşunları ilə onlar arasında atışmalar olurdu. Bundan əlavə Rusiya 2014-cü ildə ələ keçirdiyini və Rusiyanın bir hissəsi olaraq “ilhaq” etdiyini iddia etdiyi Krıma nəzarət edirdi.

Bir çox amerikalı Zelenskini 2019-cu ildə, o, sabiq Prezidenti Donald Trampın ilk impiçmentinə gətirib çıxaran hadisələrdə adının hallanması ilə tanıdı.

Ukraynada davam edən münaqişə səbəbilə ABŞ qanunvericiləri 2019-cu il üçün Ukraynaya 400 milyon dollarlıq hərbi yardımı təsdiq etmişdirlər. Tramp administrasiyası ilə həmin ilin yaz və yay ayları boyunca açıq bir səbəb göstərmədən yardımı göndərməkdən imtina edirdi.

Trampın impiçmenti

2019-cu ilin iyulunda Zelenski ilə danışığını zamanı Trampı Ukrayna prezidentinin daha çox tank əleyhinə silah almasına icazə verilməsinə dair tələbinə bu sözlərlə cavab verib: “Ancaq mən sizin bizim üçün bir yaxşılıq etməyinizi istəyirəm.” Bunun ardınca o, Zelenskidən Bayden ailəsinin biznes sövdələşmələri ilə bağlı təhqiqat başlatmasını istəyib.

Həmin vaxt Co Bayden 2020-ci ABŞ prezident seçkisində Trampın rəqibi idi. Baydenin oğlu Hanter Ukrayna təbii qaz şirkətinin idarə heyətinin üzvü olub.

Zelenski ilə telefon danışığı Trampın Nümayəndələr Palatasında impiçmentinə səbəb oldu və Demokrat qanunvericilər onun Zelenskiyə əsas siyasi rəqibinə ziyan vurması üçün təzyiq göstərmək məqsədilə Ukraynaya yardımı gecikdirməkə günahlandırmışdı.
Zelenski təzyiq altında olmadığını və ABŞ-da siyasi ixtilafın bir hissəsi olmaq istəmədiyini bildirmişdi.

Aşağı populyarlıq səviyyəsi

Zelenskinin Rusiyanın hərbi müdaxiləsindən sonrakı günlərdə o, beynəlxalq səviyyədə və Ukrayna daxilində son dərəcə populyarlaşıb. Hətta işğaldan əvvəl onu mütəmadi olaraq tənqid edən müxalifət partiyasından siyasətçilər də onun ölkəni səfərbər etmək səylərini alqışlayıblar.

Lakin prezident seçiləndən sonrakı illərdə Zelenskinin ukraynalılar arasında populyarlığı əhəmiyyətli dərəcədə azalmışdı. Korrupsiyanın əsas problemlərdən biri olaraq qaldığı bir ölkədə o, ölkə siyasətinə dürüstlüyü gətirmək üçün verdiyi vədləri yerinə yetirmək üçün çox az iş görmüş kimi görünürdü. 

Yanvar ayında aparılan rəy sorğuları Ukrayna xalqının təxminən 30 faizinin Zelenksini dəstəklədiyini göstərirdi.

Hərbi müdaxilə ilə bağlı xəbərdarlıqların əhəmiyyətini azaldıb

Zelenski, həmçinin ABŞ-ın Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxilə etmək qətiyyətində olduğunu göstərən kəşfiyyat məlumatlarına inanmaq istəmədiyinə görə də tənqid olunmuşdu.

Hücumdan öncəki həftələrdə Zelenski Avropa və dünya liderləri arasında dəstək toplamağa çalışdı və Putinə qolunlarını geri çəkməsi üçün təzyiq göstərə biləcəyinə ümid etdi. Lakin, o, tez-tez ABŞ-ın qaçılmaz hərbi müdaxilə ilə bağlı xəbərdarlıqlarını ictimai çıxışlarında inamsızlıq və hətta istehza ilə qarşıladı.

Təndqidçilər deyir ki, onun Putinin blef etdiyini və Ukraynaya hərbi müdaxilə etməyəcəyini təkid etməsi səbəbilə vətəndaşları hərbi müdaxiləyə daha az hazırlıqlı oldular nəinki o, ABŞ-ın xəbərdarlıqlarını ciddiyə almış olsa idi.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Zelenski sabiq prezidentə vəzifə verdi

    ​Zelenski sabiq prezidentə vəzifə verdi ...

    3-06-2019, 16:36

  • 
  • Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini açıqlayıb

    Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini ...

    4-07-2019, 10:30

  • 
  • Ukrayna qanunvericiləri Zelenskinin parlamentin buraxılması qərarına qarşı çıxıb

    Ukrayna qanunvericiləri Zelenskinin parlamentin ...

    23-05-2019, 14:44

  • 
  • Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tələb etdi

    Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tələb ...

    13-09-2019, 13:55

  • 
  • ​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif etdi

    ​​​​​​Zelenski Putinə Donbasda görüşməyi təklif ...

    21-04-2021, 09:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu