Gundemxeber.az » Dünya » BMT-nin Qaçqınlar Agentliyi: Rusiya işğalının ilk həftəsində Ukraynadan 1 milyon insan qaçıb
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi cümə axşamı bildirib ki, təkcə son bir həftədə Ukraynanı bir milyon insan tərk edib Bu, onilliklər ərzində münaqişə bölgələrindən qaçqın axınının ən sürətli və ən kütləvilərindən biridir.
“Saatbasaat, dəqiqəbədəqiqə daha çox insan zorakılığın dəhşətli reallığından qaçır. Saysız-hesabsız insan ölkə daxilində didərgin düşüb. Münaqişəyə dərhal son qoyulmasa, daha milyonlarla insan Ukraynanı tərk etməyə məcbur olacaq” - deyə, Filippo Qrandi açıqlamasında bildirib.
Rusiyanın hücumunu intensivləşdirməsi keçən həftə ölkənin bir neçə şəhərinin havadan və qurudan hücuma məruz qalmasına səbəb olub. Rusiya tankları və zirehli texnikası bir neçə böyük şəhəri təhdid edərək, ölkə ərazisindən keçməyə davam edir.
Qrandi BMT-nin Təhlükəsizlik Şurasına "inanılmaz dərəcədə sürətlə baş verən qaçqın axınını Balkan müharibələrindən bəri görmədim" deyib.
Onun sözlərinə görə, münaqişə dərhal dayandırılmasa, insanlar qaçmaqda davam edəcək. "Hazırda planlaşdırırıq, təkrar edirəm planlaşdırırıq - yaxın günlərdə və həftələrdə dörd milyona qədər qaçqın olacağını planlaşdırırıq" - deyə, Qrandi bazar ertəsi bildirib.
Bazar ertəsi şuraya məlumat verərkən o, təkcə Polşaya 280 mindən çox insanın qaçdığını deyib. BMT Qaçqınlar Agentliyinin çərşənbə gününə olan məlumatına görə, onların sayı təxminən iki dəfə artaraq, 547 982 nəfərə çatıb.
Macarıstan, Moldova, Slovakiya, Rumıniya və digər Avropa ölkələrində də qaçqınların sayı sürətlə artır. Başda Ukraynanın şərqindən olan 50 minə yaxın insan isə Rusiyada sığınacaq tapıb.
BMT-nin UNICEF uşaq agentliyi ölkədən qaçanların yarısının uşaqlar olduğunu bildirib.
BMT çərşənbə axşamı gələn üç ay ərzində ölkə daxilində və qonşu ölkələrdəki fövqəladə ehtiyacları ödəmək üçün 1,7 milyard dollar tələb olunduğunu bəyan edib. Ölkələr 1.5 milyardlıq yardımlara başlayıb. Qaçqınlar Agentliyi 2.4 milyon qaçaın və sığınacaq axtaranlara yardıma müracət edib.
Birləşmiş Ştatlar keçən həftə ukraynalılara 54 milyon dollarlıq yeni maliyyə yardımı ayırdığını açıqlayıb./amerikanınsesi.org/
24-05-2019, 11:28
11-12-2017, 10:45
12-02-2020, 11:24
29-06-2021, 14:42
5-05-2020, 13:07
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?