İnsan haqlarını müşahidə qrupu Rusiya, Kuba və Səudiyyə Ərəbistanının insan haqlarını kobud şəkildə pozduğunu deyərək, bu ölkələrin BMT-nin 47 üzvlük İnsan Haqları Şurasına seçilməsinin qarşısının alınmasına çağırır.
BMT-nin Baş Assambleyası oktyabr ayında İnsan Haqları Şurasına 15 yeni üzv seçməlidir. Müstəqil UN Watch qrupu üç repressiv, avtoritar rejimli Rusiya, Kuba və Səudiyyə Ərəbistanının bu quruma daxil olmasına icazə verilməsinin çirkin bir addım olacağını bildirib.
BMT-nın "Watch" qrupunun icraçı direktoru Hillel Nuyer sistematik olaraq öz vətəndaşlarının azadlığını boğan hökumətlərin başqalarının insan haqları ilə bağlı mühakimələr irəli sürmək iqtidarında olmadığını deyib.
“Heç kim İnsan Haqları Şurasının hər bir üzvünun mükəmməl olmalı olduğunu demir. Aydındır ki, mükəmməl ölkə yoxdur. Lakin bəzi pis hökumətləri seçmək İnsan Haqları Şurasının strategiyası deyil və bu, İnsan Haqları Şurasının təsis edildiyi zaman elan edilən kriteriyalara ziddir" - deyə, Nuyer bildirib.
2006-cı ildə yaradılan zaman şuranın qəbul etdiyi qətnamə üzvlərinə insan haqlarının təşviqi və müdafiəsinin dəstəkləməsini tövsiyə edir.
Bununla yanaşı, qərnamədə insan haqlarını kobud şəkildə pozan ölkələrin şuradan xaric ediləcəyi barədə xəbərdarlıq edilir. Belə bir cəza bir dəfə, 2010-cu ildə Liviyaya qarşı, diktator Müəmmar Qəzzafinin etirazçılara qarşı zorakılıqdan istifadə etməsindən sonra tətbiq edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?