Gundemxeber.az » Dünya » Bayden administrasiyası artıq ABŞ-da olan on minlərlə ukraynalıya müvəqqəti yaşayış və iş icazəsi verəcək
Milli Təhlükəsizlik Nazirliyinin (DNS) cümə axşamı bildirdiyinə görə, Prezident Co Bayden administrasiyası artıq ABŞ-da olan, Rusiyanın hərbi təcavüzü səbəbindən Ukraynaya qayıda bilməyən on minlərlə ukraynalıya müvəqqəti yaşayış və iş icazəsi verəcək.
Milli Təhlükəsizlik Nazirliyi bu addımın ukraynalılara martın 1-dən etibarən Birləşmiş Ştatlarda 18 ay qalmağa və qanuni işləməyə imkan verəcəyini bildirib.
Ukraynalılara Müvəqqəti Qorunma Status (TPS) kimi tanınan proqram çərçivəsində yardım ediləcək. Proqram zorakı münaqişə və ya təbii fəlakətlər kimi fövqəladə hallar səbəbindən ölkələrinə təhlükəsiz şəkildə qayıda bilməyən immiqrantlara müəyyən müddət ərzində ABŞ-da qanuni olaraq qalmaq və işləmək imkanı verir.
"Rusiyanın Ukraynaya əvvəlcədən düşünülmüş və səbəbsiz hücumu müharibə ilə nəticələnib və bu, ukraynalıları başqa ölkələrə sığınmağa məcbur edib" - deyə, DNS naziri Alehandro Mayorkas bildirib.
Cümə axşamı ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsi "davam edən humanitar böhran" səbəbindən Ukraynaya deportasiya uçuşlarına fasilə verdiyini deyib.
Rusiyanın fevralın 24-də Moskvanın Ukraynaya “xüsusi hərbi əməliyyat” adlandırdığı müdaxiləsindən sonra 1 milyondan çox ukraynalı qaçaraq, qonşu Mərkəzi Avropa ölkələrində sığınmağa başlayıb. BMT-nin məlumatına görə, onlardan 500 mindən çoxu Polşaya keçib.
Avropa İttifaqı yaxın həftələrdə 7 milyona qədər ukraynalının ölkəni tərk edəcəyini proqnozlaşdırır./amerikanınsesi.org/
16-04-2021, 11:38
1-02-2018, 18:21
4-05-2021, 12:33
12-02-2020, 15:36
20-05-2016, 22:59
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?