GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyaya qoyulan sanksiyaların Azərbaycana mümkün təsirləri

Rusiyaya qoyulan sanksiyaların Azərbaycana mümkün təsirləri

Tarix: 4-03-2022, 22:50 Bölmə :Dünya Baxış: 302


Rusiya Mərkəzi Bankının məlumatına görə, Qərbin sanksiyalarından sonra Rusiya rublu son bir həftədə təqribən 30 faiz dəyər itirib

Qərbin Rusiyaya sanksiyalarından sonra Rusiya ilə ticarət edən Azərbaycan tacirləri üçün yeni vəziyyət yaranıb.

Rusiyadan ərzaq buğdası idxalı biznesi qurmuş işadamı Nazim Bəydəmirli deyir ki, indi əsas problemlərdən biri odur ki, nə Rusiya, nə də Azərbaycan tərəfi yeni müqavilələr bağlamaq istəmirlər, çünki rublun oynayan məzənnəsindən narahatdırlar.

“Rublla risklidir axı əməliyyatlar. O zaman qiyməti necə müəyyən edəcəklər? İqtisadi fəallıq azalacaq. Biri var ki, dollarla - sabit valyuta ilə bağlayasınız müqaviləni. O zaman alış-veriş bu valyuta ilə aparılır... Amma indi iki ölkə arasında açıq məsələ qalır. İki ölkə arasında milli valyuta ilə hesablaşma haqqında qərar olmalıdır. Amma o zaman ekvivalent kimi hansı valyuta götürüləcək? Bir vasitə lazımdır- ya dollar, ya avro...”

Nazim Bəydəmirli gözləyir ki, tərəflər malın qiymətini dollar ekvivalentində müqavilədə göstərib, alış-verişi rublla edəcəklər.

Rusiya ilə ən çox alveri olan Azərbaycan

Rəsmi məlumata görə, Rusiya MDB-də Azərbaycanın ən çox ticarət dövriyyəsi olan ölkədir.

Nazim Bəydəmirli deyir ki, rubl ucuzlaşmaqda davam edərsə və Azərbayanda bazar azad olarsa, Rusiyadan gələn mallar ucuzlaşacaq.

Bununla belə, Azərbaycan üçün risklərdən biri də Moskvanın ölkədən çıxarılan mallara kvota tətbiq etməsi ehtimalıdır. Rəsmi məlumata görə, Azərbaycan öz ərzaq buğdasının azı 80 faizini Rusiyadan gətirir və bundan əvvəl Rusiya hökuməti bu məhsulun idxalına vergini artıranda Azərbaycanda da buğda bahalaşıb.

O ki qaldı Azərbaycan ixracatçılarına, Nazim Bəydəmirli deyir ki, Rusiyada alıcılıq qabiliyyətinin düşməsi, inflyasiyanın yüksək olması səbəbindən Azərbaycan mallarına da tələbat aşağı düşə bilər. Azərbaycan Rusiyaya bəzi kənd təsərrüfatı malları, o cümlədən, pomidor və qoz-fındıq ixrac edir.

Pul köçürmələri necə olacaq?

Yeni yaranmış vəziyyətdə başqa bir məqam pul köçürmələri ilə bağlıdır. Belə ki, indiyə qədər tacirlər beynəlxalq ödəmələr sistemi - SWIFT sistemi üzərindən pul köçürmələri edirdilər. Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Birliyi Rusiyanın bir sıra banklarının beynəlxalq ödəniş sistemi olan SWIFT sistemindən ayrılmasına qərar verib.

Əgər SWIFT qadağası Rusiyanın bütün bankları üçün qadağan edilərsə, o zaman Azərbaycan və Rusiya arasında pul köçürmələri necə həyata keçiriləcək?

İqtisadi şərhçi Natiq Cəfərli deyir ki, bu zaman Rusiyanın himayəsində yaradılan və bir neçə keçmiş sovet respublikasının birləşdiyi Avrasiya İttifaqında mövcud olan “Mir” adlı ödəniş sistemindən istifadə oluna bilər.

Mir sistemini Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu işğal etdikdən sonra yaradıb.

Məqsəd isə beynəlxalq sanksiyaların nəticəsində proqnozlaşdırılan elektron ödəmələrin bloklanmasına qarşı önləyici tədbir görmək olub.

Natiq Cəfərli deyir ki, bu sistemlə Azərbaycan və Rusiya 3-cü ölkə - Qazaxıstan üzərindən – MİR sistemi vasitəsilə pul köçürmələr həyata keçirə bilər, amma bu da əlavə bank xərcləri tələb etdiyindən pul köçürmələri bahalaşdıracaq:

Ukraynaya yeni hücumdan sonra ABŞ və Avropa Birliyinin Rusiyaya sanksiyaları güclənib, bir sıra Qərb şirkətləri Rusiyanı tərk edib, ölkədə 

bankların qarşısında nağd pul üçün növbələr yaranıb.

Rusiya Mərkəzi Bankının məlumatına görə, Qərbin sanksiyalarından sonra Rusiya rublu son bir həftədə təqribən 30 faiz dəyər itirib, Moskva valyutadəyişmə məntəqələrində rubl daha ucuzdur./amerikanınsesi.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 1 avro 100 rubla çatdı

    1 avro 100 rubla çatdı ...

    16-12-2014, 22:56

  • 
  • Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.10.2018)

    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri ...

    11-10-2018, 10:02

  • 
  • Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (09.10.2018)

    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri ...

    9-10-2018, 10:09

  • 
  • Rublun ucuzlaşması Azərbaycana üç istiqamətdə təsir edəcək

    Rublun ucuzlaşması Azərbaycana üç istiqamətdə ...

    30-09-2020, 13:00

  • 
  • İranla Azərbaycan milli valyuta ilə ticarət edə bilər

    İranla Azərbaycan milli valyuta ilə ticarət edə ...

    10-02-2017, 22:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu