Gundemxeber.az » Dünya » Pentaqon: “Kiyev ətrafındakı 64 kilometrlik Rusiya kalonu çox güman ki, palçığa batıb...”
Kiyev ətrafındakı nəhəng Rusiya hərbi kalonu hələ də yerində dayanıb və hərəkət etmir.
ABŞ Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri jurnalistlər üçün növbəti qapalı brifinqdə bildiriblər ki, 64 kilometr uzunluğundakı hərbi kalon çox güman ki, palçığa batıb və bütün yanacağını tükədib. Nəticədə hərəkət qabiliyyətini itirib.
Kiyevə doğru hərəkət edən 64 kilometrlik Rusiya hərbi kalonunun görüntülərini “Maxar Technologies” şirkətinin kommersiya peykləri çəkmişdi.
Pentaqon nümayəndələri onu da deyiblər ki, Ukraynada Rusiya qoşunlarının əhəmiyyətli irəliləyişi ötən sutkalar ərzində qeydə alınmayıb. Pentaqonun qiymətləndirmələrinə görə, Rusiya ordusu Ukrayna sərhədləri boyu cəmləşdirilmiş qüvvə və vasitələrin artıq 95 faizini istifadə edib.
Polşa prezidenti Anjey Duda isə bəyan edib ki, Rusiya qoşunlarının Kiyevə hücum etmək entuziazmı və hazırlığı yoxdur. “Prezident Zelenski mənə dedi ki, Rusiya texnikası və qoşunları Kiyev ətrafında cəmləşməkdədir. Lakin bu qoşunların hücuma hazırlığı və ya entuziazmı yoxdur”, - o bildirib.
Duda deyib ki, Ukrayna müdafiəçiləri mübarizə aparmağa hazırdır və düşmənin hücumunu dəf etmək üçün yüksək motivasiyaya malikdir./virtualaz.org/
7-03-2022, 11:05
26-03-2014, 23:17
13-07-2013, 23:13
23-07-2018, 10:48
6-11-2015, 00:25
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?