Gundemxeber.az » Dünya » Ərdoğan Putini atəşkəsə çağırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Rusiya prezidenti Vladimir Putini Ukraynada atəşkəs elan etməyə, mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlər açmağa və sülhə dair razılaşma imzalamağa çağırıb.
O həmçinin bəyan edib ki, Türkiyə münaqişənin sülh yolu ilə həllinə yardım etməyə hazırdır. Türkiyə Prezidentinin ofisindən verilən açıqlamada Ərdoğan və Putin arasında telefon söhbətinin bir saat davam etdiyi bildirilib.
Öz növbəsində, Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin Ərdoğana Ukraynaya müdaxilənin yalnız “Kyiv döyüşləri dayandıracağı və Rusiyanın tələblərini yerinə yetirəcəyi” təqdirdə dayandırılacağını bildirib.
Telefon söhbəti zamanı Ərdoğan həmçinin humanitar dəhlizlərin açılmasına və sülhə dair razılaşmanın imzalanmasına çağırıb.
Ərdoğan atəşkəs üçün atılacaq təcili addımların vacibliyini və atəşkəsin humanitar vəziyyətlə bağlı narahatlığı azaldacağını vurğulayıb.
Putin isə Rusiyanın Ukrayna və xarici tərəfdaşlarla dialoqa hazır olduğunu bildirib. Bununla belə, Rusiya prezidenti Ukraynada hərbi əməliyyatların yalnız Rusiyanın istəkləri qəbul ediləndə başa çatacağını deyib.
Putin həmçinin hərbi əməliyyatların plan üzrə davam etdiyini qeyd edib.
Rusiya prezidenti ukraynalı müzakirəçilərin daha konstruktiv mövqe tutacağına və reallığı nəzərə alacağına ümid etdiyini bildirib. Ukrayna və Rusiya nümayəndə heyətlərinin həftənin ilk günü üçüncü dəfə görüşəcəyi gözlənilir.
GundemXeber.Az
29-06-2016, 15:39
20-02-2018, 13:46
17-08-2020, 15:10
31-07-2021, 15:11
26-05-2018, 19:36
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?