GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » RUSİYANIN İXRACA MƏHDUDİYYƏTLƏRİ AZƏRBAYCANA NECƏ TƏSİR EDƏCƏK? - NƏ BAŞ VERİR?

RUSİYANIN İXRACA MƏHDUDİYYƏTLƏRİ AZƏRBAYCANA NECƏ TƏSİR EDƏCƏK? - NƏ BAŞ VERİR?

Tarix: 10-03-2022, 11:36 Bölmə :Dünya Baxış: 216

usiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu ziyanın miqyası hər ötən gün bir qədər də artır. Avropa və ABŞ-ın Rusiyanın işğalçı siyasətinə cavab olaraq tətbiq etdiyi sanksiyalar, həm də qlobal iqtisadi sabitliyə mənfi təsir göstərir.

Sanksiyalar Rusiyanı müəyyən qədər küncə sıxışdırsa da, işğalçı ölkə öz məkrli planlarından əl çəkmək istəmir. Belə ki, bir neçə gün öncə özünə qeyri-dost bildiyi dövlətlərin siyahısını açıqlayan Rusiya hökuməti, indi də bu ölkələrə qarşı sanksiya tətbiq etməyə hazırlaşır
Rusiya Prezidenti Vladimir Putin son çıxışında bildirib ki, Rusiya dekabrın 31-nə qədər bəzi ölkələrə məhsul ixracını dayandıracaq. O, hökumətə həmin ölkələrin qısa vaxtda siyahısının hazırlanması üçün tapşırıq verib.
Ekspertlər Avropa, ABŞ və Rusiya arasında baş verən soyuq müharibənin uzanacağı təqdirdə, qlobal inflyasiyanın sürətlənəcəyini bildirirlər. Sanksiyalar iki tərəfə də mənfi təsir göstərdiyindən, yaxın tarixdə həm Avropa, həm də Rusiya iqtisadiyyatında böhran başlaya bilər. Qeyd edək ki, son statistik məlumatlara görə, Rusiyaya qarşı ümumilikdə 5356 sanksiya tətbiq olunub.
Yeni sanksiyalarla birlikdə, rublun sürətlə dəyər itirməsi və müharibənin maddi zərərləri onsuzda pis vəziyyətdə olan Rusiya iqtisadiyyatını bir qədər də çökdürür. Belə olan halda Rusiyanın tətbiq edəcəyi sanksiyaların nə dərəcədə effektiv olacağı da sual doğurur.
Ekspertlər Rusiyanın üzləşdiyi sanksiyaların Azərbaycanla olan iqtisadi əlaqələrə də təsir edəcəyini bildirirlər. Statistik məlumatlara nəzər saldıqda aydın olur ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub.
Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın payına düşür. Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83 faiz paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72 faiz, ixracımızda payı isə 4,15 faiz təşkil edib. 2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1 faiz, bu ölkəyə ixrac 29,8 faiz, bu ölkədən idxal isə 5,7 faiz artıb.
Azərbaycanın əsas idxal bazarı Rusiya hesab olunur.
Rusiyadan idxal olunan əsas məhsullar isə kartof, quş əti, tərəvəz, çay, buğda, buğda unu, düyü, bitki yağları,marqarin, kolbasa, qənnadı məmulatları, şokolad, makaron, çörək, mineral və qazlı sular, pivə, araq, təbii qum, kvars, mineral gübrə, daş kömür, sürtkü yağları, elektrik enerjisi, meşə materialları, qəzet kağızı, polad, məişət soyuducusu, paltaryuyan maşın, televizya qəbuledicisi və xüsusi təyinatlı avtomobillərdir. DİA.AZ-ın məlumatına görə, mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiyanın bu addımının əsas məqsədi özünə qeyri-dost bildiyi ölkələri cəzəlandırmaqdır: “Rusiya bu yolla ona sanksiya tətbiq edən həmin ölkələrə ziyan vurmağa çalışır. Eyni zamanda Rusiya ixrac etdiyi məhsulların əmtəə qiymətini yüksəlmək istəyir ki, bu yolla əlavə gəlir əldə edə bilsin”.
Ekspert qeyd edir ki, hazırda Rusiyanın neft-qaz məhsullarının ixracını dayandırması mümkün görünmür: ”Rusiya özü də bilir ki, bu addımı atsa daha ciddi sanksiyalarla üzləşə bilər. Rusiya əsas taxıl ixracatçısı olduğundan bu yolla dünyanı sınağa çəkə bilər. Məsələn, taxılın ixrac rüsumunu artıraraq, ölkələrə təzyiq göstərə bilər.
Düşünürəm ki, Azərbaycanın sanksiya tətbiq edilən ölkələr siyahısında olması real görünmür. Amma buna baxmayaraq, Rysiyanın bu qərarının Azərbaycana müsbət və mənfi təsirləri olacaq. Müsbət tərəfİ odur ki, enerji və neft qiymətləri bahalaşacaq və Azərbaycan bundan əlavə gəlir götürəcək. Mənfi tərəfi isə odur ki, taxıl və əlvan metallurgiya qiymətləri bahalaşacaq. Bu da öz növbəsində inflyasiyanın artmasına və daxildəki qiymətlərin bahalaşmasına səbəb olacaq”. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Ukraynaya sanksiya tətbiq etdi

    Putin Ukraynaya sanksiya tətbiq etdi ...

    23-10-2018, 21:11

  • 
  • Obama: "İki dünya savaşına səbəb olan ideyaların toqquşması yenidən ortadadır"

    Obama: "İki dünya savaşına səbəb olan ...

    27-03-2014, 10:05

  • 
  • Tehran: Sanksiyalar İranda həyat səviyyəsinə mənfi təsir etsə də, ABŞ məqsədinə çatmayacaq

    Tehran: Sanksiyalar İranda həyat səviyyəsinə ...

    25-12-2018, 16:40

  • 
  • Avropa İttifaqı qərarını dəyişdi – Sanksiya davam edəcək

    Avropa İttifaqı qərarını dəyişdi – Sanksiya davam ...

    12-11-2014, 12:17

  • 
  • Tramp sanksiyaları Rusiyanı 3 ilə çökdürəcək – KQB generalı

    Tramp sanksiyaları Rusiyanı 3 ilə çökdürəcək – ...

    3-09-2017, 09:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu