Gundemxeber.az » Dünya » Miyanda təhlükəsizlik qüvvələri Hüseyn Səttarinin şəxsi əşyalarını müsadirə edib
Təhlükəsizlik qüvvələri İran Azərbaycanının Miyana şəhərində yaşayan milli fəal Hüseyn Səttarini iş yerində dindirib və özəl əşyalarını müsadirə edib.
Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yaydığı məlumatına görə, təhlükəsizlik qüvvələri Miyanalı vətəndaşın iş yerinə daxil olub, türkcə təqvim, onun kompüter və mobil telefonunu aparıb.
İş yerinə girən kəşfiyyat agentləri Hüseyn Səttarini həmin yerdə dindirib və hədələyiblər. Hüseyn Səttarinin türkcə təqvim çap edib əhali arasında yaydığı bildirilir.
Hüseyn Səttari bu barədə öz Twitter hesabında yazıb ki, "acizliyin zirvəsi türkcə təqvimi təhlükəsizliyinə təhdid hesab edib üç nəfəri bazara göndərərək, dükanın divarından təqvimi qopardıb, şəxsi telefonu və noutbuku aparmaqdır."
Milli fəal Səttari həmçinin Miyana Kəşfiyyat idarəsinin mobil telefonunu 48 saat saxladıqdan sonra geri qaytardığını, komputeri isə geri vermədiklərini bildirib.
İranda Novruz bayramının ərəfəsində türk fəallar hər il yeni günəş ili üçün türk dilində təqvimlər hazırlayıb, Azərbaycan tarixində baş vermiş önəmli hadisələrlə əlaqədar məlumat dərc edirlər. Bundan öncə İranda türk dilində təqvim çap edib vətəndaşlar arasında paylayan milli fəallar təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb məhkəmədə ağır həbs cəzalarına məruz qalıblar.
Gundemxeber.az
20-01-2020, 15:06
22-12-2014, 21:38
20-11-2019, 14:00
3-10-2019, 15:00
2-06-2018, 11:06
Sorğu
Yeni dizaynımız necədir?