Gundemxeber.az » Dünya » Şərqi Azərbaycan vilayətinin valisi səlahiyyətlərinin məhdud olmasını tənqid edib
İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin Şərqi Azərbaycan vilayətinə təyin etdiyi vali Abidin Xürrəm Daxili İşlər naziri və müavinlərinin İran Azərbaycanı valiləri ilə keçirdiyi iclasda bəzi mövzulara toxunaraq tənqidlər irəli sürüb.
Fars News xəbər agentliyinin yayımladığı məlumata əsasən, Şərqi Azərbaycan valisi vilayətlərə milli layihələri üçün səlahiyyətlərin artırılmasını və kreditlərin valilərə verilməsini istəyib.
“Milli inkişaf və tikinti layihələri tamamilə nazirliklərin ixtiyarında ikən, bu layihələrin problemlərinin həlli valiliklərin üzərinə düşür. Halbuki, valiliklərə bu layihələrlə bağlı heç bir səlahiyyət verilməyib”- deyə, vali bildirib.
“Təəssüf ki, tikinti layihələrinin kreditləri vilayətlərin iqtisadi göstəricilərinə uyğun bölüşdürülmür”, Abidin Xürrəm deyib.
Vali Tehran hökumətinin vilayətlərə səlahiyyətlərinin artırılmasını və valiliklərin gücləndirilməsini təklif edib. “Layihələrə kredit ayrılması həmin layihələrin irəliləyişinə və vilayətin prioritetlərinə uyğun olamlıdır”, o əlavə edib.
Şərqi Azərbaycan valisi həmçinin vilayətin digər problemlərinə toxunaraq, tamamlanmamış layihələr, mədənlərin ehtiyatlarının xam satılması, Təbriz əhalisinin gecəqondularda yaşaması kimi məsələlərin həll edilməsinin vacibliyini vurğulayıb.
Təbriz-Miyana dəmir yolunun 17 ildən sonra hələ də tamamlanmadığına toxunan Abidin Xürrəm layihənin 90 faiz irəliləyişdən sonra dayandırıldığını və sona çatması üçün 200 milayard tümən kreditə ehtiyac olduğunu bildirib.
İbrahim Rəisi tərəfindən təyin edilən Şərqi Azərbaycan valisi Abidin Xürrəm Təbriz şəhərinin 450 min əhalisinin “şəhərin kənarında və uyğun olmayan yaşayış yerlərində” sakin olduğunu dilə gitirib. “Bu əhalinin mədəni və sosial ehtiyaclara ciddi ehtiyacı duyulur”-deyə, o əlavə edib.
Xürrəm vilayətin zəngin təbii ehtiyatları haqda danışaraq, Şərqi Azərbaycanda 8,5 milyard ton qiymətli mineral ehtiyatları olduğunu deyib və bu ehtiyatların mədənlərdən çıxarılaraq xam şəkildə satıldığını deyib. O, mineral zənginləşdirmə zavodlarının mövcud olmamasını tənqid edib.
Yaşanan elektrik kəsintilərinin vilayətdə bir problemə çevrilməsi ilə bağlı olaraq vali vilayətin 1500 MVt elektrik enerjisinə ehtiyac duyduğunu söyləyib. O həmçinin təbii qaz ehtiyacının təmin edilməsi məsləsində də vilayətdə vəziyyətinin yaxşı olmadığını bildirib.
Valinin Daxili İşlər naziri ilə keçirilən iclasda toxunduğu məsələlər vilayətin digər rəsmiləri və parlamentdəki deputatları tərəfindən də dəfələrlə ifadə edilib.
Gundemxeber.Az
19-07-2014, 14:44
5-02-2017, 14:47
24-10-2021, 11:00
7-04-2020, 12:30
2-02-2021, 12:28
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?