Güney Azərbaycanın Təbriz şəhərində Şərqi Azərbaycan üzrə yeni təyin olunmuş fars ostandar - valinin təqdimat mərasimində skandal hadisə baş verib.
Məlumat üçün bildirək ki, sosial şəbəkələr üzərindən yayılan videoda general-vali Zeynəlabedin Xorrəm mərasimdə çıxış edərkən səhnəyə çıxan Azərbaycanlı igid qardaşımız onun sifətinə şapalaq vurduğu görünür.
Həmin şəxs mühafizəçilər tərəfindən dərhal zaldan çıxarılır. Sosial mediada onun Təbriz əyalətinə fars əsilli generalın vali təyin edilməsinə bu üsulla etiraz etdiyi bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?