Gundemxeber.az » Dünya » Nazirlik Ukraynadan təxliyə edilən məktəblilərin Azərbaycanda tədrisə cəlb olunmasına aydınlıq gətirdi
Təhsil Nazirliyi Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının məktəb yaşlı övladlarının tədrisə cəlb olunması məsələsinə aydınlıq gətirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xarici ölkələrdən gələn şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.4-cü bəndinin tələbləri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə (www.sy.edu.az) həyata keçirilir:
“Övladlarının yerdəyişməsini təmin etmək üçün xarici ölkədən köçüb gələn valideyn və ya qanuni nümayəndə ilk növbədə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanına və ya ümumi təhsil müəssisəsinə müraciət etməlidir”.
Qeyd edilib ki, yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinif müəyyənləşdirilir:
“Şagirdin təhsil sənədləri olmadıqda, yaxud təqdim olunmuş sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə I – XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinif müəyyənləşdirilir”.
Qeyd edək ki, Ukraynadan mövcud vəziyyətlə əlaqədar təxliyə olunan vətəndaşlarımızın məktəbli övladlarının Azərbaycanda təhsilə cəlb olunması barədə məlumat yayılmışdı.
11-08-2016, 00:38
24-10-2013, 18:13
2-06-2016, 19:30
24-04-2014, 10:35
22-05-2014, 10:42
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?