Gundemxeber.az » Dünya » Ukraynada Rusiya ilə əməkdaşlıq edənlər 15 il müddətinə həbs oluna bilərlər
Ukraynada genişmiqyaslı hərbi əməliyyat keçirən Rusiya ilə əməkdaşlıq ukraynalılar üçün cinayət sayılacaq. Müvafiq sənədi Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.
Bu barədə Ukrayna Ali Radasının birinci vitse-spikeri Aleksandr Korniyenko xəbər verib.Onun sözlərinə görə, Rusiya Federasiyası ilə əməkdaşlıq edən şəxs və ya təşkilatın ala biləcəyi maksimum cəza 15 il həbsdir.
Vitse-spiker onu da bildirib ki, əgər bir şəxs bu cür cinayətdə təqsirli bilinərsə, yalan və təbliğat xarakterli məlumatların yayılmasının qarşısını almaq üçün onunla əlaqəli bütün təşkilatların və ya partiyaların dərhal bağlanmasına icazə verilir.
Korniyenko Rusiya ordusunun tərəfinə keçən kollaborasionistlərin mütləq cəzalandırılacaqlarını deyib.
O da qeyd olunur ki, dövlət başçısının imzaladığı sənəd hələ martın 3-də xalq deputatları tərəfindən dəstəklənib - 282 seçici qanunun “lehinə” səs verib.
“Kollaborasiya haqqında qanun Ukrayna prezidenti tərəfindən imzalanıb və dərc olunacaq”, - deyə Korniyenko əlavə edib.
Onun fikrincə, Ukraynada hərbi əməliyyatların başlanması ilə ölkəni tərk etmiş 20-yə yaxın deputat Rusiya ilə əməkdaşlığa görə yeni qanunda nəzərdə tutulan maksimum müddətə məhkum edilməlidir.
GUNDEMXEBER.AZ
1-03-2016, 18:41
31-01-2020, 16:51
4-07-2019, 10:30
29-05-2019, 10:37
19-08-2019, 10:48
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?