Ukrayna ordusunun baş kəşfiyyat idarəsi Rusiyanın Donbasa hərbi texnika göndərməsi ilə bağlı məlumat yayıb.
Ukrayna tərəfindən nəzarət olunmayan Novoazovsk buraxılış məntqəsindən 6 zirehli maşın, sursat dolu 4 yük maşını və yanacaq dolduran maşın Donbasa daxil olub.
Luqansk ərazisində isə motoatıcı briqadanın 7 bölməsinin tam silahlandırılması gedir. Bu işlə Rusiya ordusunun polkovniki A.N.Buşuyev məşğul olur. Separatçılar tərəfindən açılan atəşlər də intensivləşib. Qumbaratan və avtomatlardan, 120 mm, 82 mm-lik minaatanlardan 54 dəfə atəş açılıb.
Daha əvvəl Ukrayna kəşfiyyatı Rusiya ordusunun diversantlarının Donbasda öldürüldüyünü bildirmişdi. Onlardan birinin şəxsiyyəti müəyyən edilib.
Sorğu
Yeni dizaynımız necədir?