Ukrayna prezidenti Vladimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.
Gundemxeber.az Unian-a istinadla xəbər verir ki, bu barədə Nobel Komitəsinə açıq məktubda deyilir.
"Cəsarətli ukraynalı kişilər və qadınlar demokratiya və özünüidarəni qorumaq üçün mübarizə aparır. Ukraynanın demokratik yolla seçilmiş prezidenti Vladimir Zelenskidən tutmuş, ölkəsi uğrunda döyüşmək üçün ailəsi ilə göz yaşları içində vidalaşan adama qədər. Ukraynanın hər yerində insanlar qüvvələrə qarşı döyüşür. Bizim şəfqət və dəstək sözlərimiz insan haqları və sülh prinsipləri naminə verdikləri fədakarlıqların ədalətini bərqərar edə bilmir”, - məktubda deyilir.
Qeyd edək ki, bütün namizədlər fevralın 1-nə kimi təqdim edilməli olsa da, avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar və müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş edirlər.
"Biz bunun prosedur pozuntusu olduğunu başa düşsək də, hesab edirik ki, bu pozuntu indiki misli görünməmiş vəziyyətlə əsaslandırıla bilər. Bizim demokratik borcumuz avtoritarizmə müqavimət göstərmək, demokratiya və özünüidarə hüququ uğrunda mübarizə aparan xalqı dəstəkləməkdir", - Avropa siyasətçiləri öz mövqelərini belə izah edib.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, 2020-ci ildə BMT-nin Ümumdünya Ərzaq Proqramı 2020-ci ildə Nobel Sülh Mükafatının qalibi olub.
2021-ci ildə Nobel Sülh Mükafatını Rusiyanın müxalif "Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov və filippinli jurnalist Mariya Ressa bölüşüb.
Nobel Sülh Mükafatına namizədlər arasında ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden, WikiLeaks-in qurucusu Culian Assanc və onun informatoru Çelsi Manninq də var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?