Gundemxeber.az » Dünya » Yunanıstanın xarici işlər naziri Mariupol şəhərinə humanitar yardım missiyasına rəhbərlik etməyi təklif edir
Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ukraynanın mühasirədə olan liman şəhəri Mariupola humanitar yardım missiyasına rəhbərlik etməyi təklif edib.
Dendias martın 22-də Afinada dağıdıllmış şəhəri tərk edən sonuncu Avropa diplomatı olan Manolis Andrulakis üçün keçirdiyi mətbuat konfransında yardımın çatdırılması səylərinin əlaqələndirilməsi ilə bağlı artıq Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri ilə əlaqə saxladığını deyib.
“Mən Ukrayna tərəfə Mariupolda humanitar yardımın çatdırılmasının asanlaşdırılması xahişi ilə şifahi nota, Rusiya tərəfə isə ona mane olmamağı xahiş edən şifahi not göndərmişəm”, Dendias bildirib. “Mən bu yardımı şəxsən müşayiət etmək niyyətindəyəm”, o əlavə edib.
Fevralın 24-də hərbi müdaxiləyə başladığı vaxtdan bəri Rusiya Mariupola havadan və ağır artilleriya ilə zərbələr endirərək, Moskvaya 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadası ilə hazırda Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilər arasında quru əlaqə imkanı verə biləcək strateji əhəmiyyətli şəhəri ələ keçirməyə çalışır.
Həftələrlə davam edən bombardmanlardan sonra Ukrayna qüvvələri hələ də küçələrdə Rusiya hərbi qüvvələrinin əsgərləri ilə döyüşür. Şəhərdə mühasirədə qalan 200 mindən çox mülki vətəndaşın su, işıq və ərzaq təchizatının azaldığı bildirilir..
Şahidlər küçələrin cəsədlərlə dolu olduğunu deyirlər. Yerli şəhər şurası martın 22-də Rusiya qüvvələrini şəhəri “ölü torpaq külü”nə çevirməkdə ittiham edib.
Yunanıstanın Mariupoldakı baş konsulu Androlakis döyüşlər zamanı mühasirədə qalan çox sayda yunan dənizçisini təxliyə etmək üçün altı əməliyyata rəhbərlik edib./amerikaninsesi.org/
17-10-2018, 18:13
5-09-2014, 11:29
1-09-2014, 13:01
15-03-2022, 11:11
23-02-2021, 11:53
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?