Yunanıstanın Xarici İşlər naziri Nikos Kocyas istefa verib.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti məlumat yayıb. Nikos Kocyas Müdafiə naziri Panos Kammenos ilə Prespes müqaviləsi məsələsində gərginlik yaşadığı iclasdan sonrea istefa ərizəsini təqdim edib. Qəzetin bəzi mənbələrə əsaslandırdığı xəbərinə görə, Kocyas ölkənin baş naziri Aleksis Çiprasın Kammenosa qarşı onu müdafiə etməməsindən narahat olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?