İspaniya prokurorluğu krallıqda korrupsiya və mütəşəkkil cinayət işlərində əli olduğu iddia edilən Rusiyanın 47 vətəndaşını müəyyən edib.
Bu barədə "Periodico" qəzeti məlumat yayıb.
Məlumata görə, onların bir çoxu hazırda İspaniya məhkəmələrində ittiham olunmur. Bundan başqa, prokurorluq iddia edilən cinayətlərdə əli ola biləcək 10-a yaxın hüquqi şəxs müəyyən edib.
Siyahıya sahibkarlar Mixail Fridman, İlya Traber, kriminal avtoritet Zaxari Kalaşov (Şakro Molodoy) və başqaları daxildir.
Martın əvvəlindən İspaniyada qeyri-qanuni fəaliyyətlə məşğul olan Rusiya vətəndaşları haqqında məlumat toplamağa başlayıb./report az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?