Bakıda doğulmuş məşhur "qanuni oğru" Şakro Molodoy ləqəbli Zaxariy Kalaşov İspaniyadan Moskvaya deportasiya olunub. Bu barədə "Report" Rusiyanın "Trud" qəzetinə istinadən xəbər verir.
Z.Kalaşov İspaniya hökuməti tərəfindən Moskvaya deportasiya olunub. Qəzet xəbər verir ki, onun Rusiyada olmadığı müddətdə baş vermiş bir sıra "avtoritet" qətllərindən sonra məhz 61 yaşlı Şarkonu postsovet məkanında cinayət aləminin rəhbəri adlandırırlar.
Bakıda doğulmuş yezidi-kürd Zaxariy Knyazeviç Kalaşov DİN gizli məlumatlarına görə, nüfuzlu avtoritet, İspaniyada OPQ liderlərindən biridir. O, məşhur "Yaponçik"in tövsiyəsi ilə "taclandırlıb".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?