Gundemxeber.az » Dünya » ABŞ kəşfiyyatı: “Rusiyanın Ukraynaya atdığı yüksək dəqiqlikli raketlərin 60 faizi hədəfə çatmır”
Rusiyanın Ukraynada tətbiq etdiyi yüksək dəqiqlikli raketlərin 60 faizə yaxını hədəfə çatmır. Bu haqda Birləşmiş Ştatlar rəsmiləri kəşfiyyat məlumatları əsasında “Reuters” agentliyinə danışıblar.
Üç amerikalı rəsmi bildirib ki, Birləşmiş Ştatlar kəşfiyyatının dəyərləndirmələrinə əsasən Rusiyanın yüksək dəqiqlikli raketlərinin hədəfdən yayınması səviyyəsi gündən-günə dəyişir. Bu, buraxılan raketlərin tipindən asılıdır və bəzən hədəfdən yayınma 50 faizdən çox olur. İki mənbə isə Rusiyanın “yüksək dəqiqlikli” raketlərinin 60 faizə yaxınının hədəfdən yayındığını deyib.
Mənbələrdən birinin sözlərinə görə, kəşfiyyat hesab edir ki, günlərdən asılı olaraq Rusiyanın “hava-yer” tipli qanadlı raketlərinin hədəfdən yayınması 20 faizdən 60 faizə qədər ola bilər. Raketlər üzrə iki ekspert isə agentliyə bildirib ki, istənilən raketin hədəfdən yayınması 20 faizi keçirsə bu artıq yüksək göstəricidir. Əgər söhbət yüksək dəqiqlikli raketlərdən gedirsə ümumiyyətlə həmin raketlərin yüksək dəqiqliyə malik olması haqda danışmağa dəyməz.
ABŞ rəsmiləri Rusiyanın “yüksək dəqiqlikli” raketlərinin hədəfdən yayınma səviyyəsinin niyə bu cür yüksək olduğunu açıqlamayıblar. Jurnalistlər qeyd edirlər ki, hədəfdən bu cür yüksək səviyyədə yayınma raketlərin uçmaqdan “imtina etməsi”, yəni uğursuz startdan tutmuş onların hədəfə çatıb partlamamasına qədər müxtəlif səbəblərlə bağlı ola bilər.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, Rusiya Ukraynaya bir aya yaxın müddət ərzində 1100-dən çox raket buraxıb.
Rusiya Ukraynaya qarşı “İsgəndər-M” operativ-taktiki raketlərindən, X-55 və X-555 tipli qanadlı raketlərdən, “Kalibr” qanadlı raketlərindən geniş istifadə edib. Bir neçə dəfə isə “Kinjal” hipersəs sürətli “hava-yer” raketi tətbiq edilib. /virtualaz.org/
4-09-2019, 14:26
19-04-2018, 14:26
27-11-2019, 12:19
26-05-2016, 16:56
23-07-2018, 11:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?