Gundemxeber.az » Dünya » Etirazçılar Brüssel küçələrində NATO və Aİ-nin Ukrayna müharibəsinə müdaxiləsini tələb edib
NATO, Böyük Yeddilər (G-7) və Avropa İttifaqı liderləri Rusiyanın Ukraynaya işğalına cavabları müzakirə etmək üçün cümə axşamı Brüsseldə bağlı qapılar arxasında toplaşarkən, etirazçılar şəhərin küçələrinə çıxaraq, qərbin Moskvaya qarşı daha sərt addımlar atmasını tələb edib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın fevralın 24-də Ukraynanı işğal etməsindən düz bir ay sonra ölkəsinə dəstək üçün bir günlük etiraz aksiyalarına çağırıb.
Cümə axşamı Avropa İttifaqı liderlərinin bir araya gəldiyi və günortadan sonra ABŞ Prezidenti Co Baydenin də danışıqlara qatıldığı Aİ baş qərargahının qarşısına əllərində Ukrayna bayraqları və plakatlar yelləyən yüzlərlə etirazçı toplaşıb.
Etiraz aksiyasının təşkilinə Ukraynanın keçmiş deputatı və ölkənin Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Hanna Hopko yardım edib.
Hopko "Bizim əsas tələblərimiz var: Birincisi, Ukraynaya maksimum hərbi yardım göstərmək, çünki Ukrayna silahlı qüvvələri bu müharibədə qalib gəlir. Lakin bizə əlavə öldürücü silahlar lazımdır. İkincisi, neft və qaza embarqo da daxil olmaqla, daha sərt sanksiyalar lazımdır" deyib.
"Biz NATO, Aİ və qlobal liderlərdən ibarət Böyük Yeddilərin nəhayət qərar qəbul etdiklərini və Ukraynanın qalib gəlməsinə yardım etmək əzmini görəcəyik. Biz sual veririk: Mənəviyyat NATO sərhədlərindəmi bitir? Bəşəriyyət NATO sərhədlərindəmi sona çatır?" - deyə, o əlavə edib.
Birləşmiş Millətlər Təşkilatı cümə axşamı bildirib ki, Ukrayna işğalı başlayandan bəri 1000-dən çox dinc sakin həlak olub. Lakin təşkilat bu rəqəmin öldürülən insanların həqiqi sayından çox aşağı ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Rusiyanın raketləri və hava hücumları nəticəsində çox sayda insan həlak olub və bu, NATO-nun Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etmək çağırışına səbəb olub, Qərb alyansı bunu rədd edib.
Brüsseldəki etirazçılar arasında Kyiv yaxınlığındakı Hostomeldəki evindən qaçan Zlata Podovolenkova da var. Onun ailə üzvləri hələ də müharibə zonasında qalıb.
“Biz NATO-dan səmanı bağlasını, Ukraynanın bu müharibədə qalib gəlməsinə yardım edə bilməsi üçün bizi silahlarla təmin etməsini xahiş edirik. Çünki biz qalib gələcəyimizə əminik, lakin bu, təkcə zaman məsələsi deyil, bu dəhşətli müharibədə nə qədər insanın ölməsi, nə qədər mülki vətəndaşın ölməsi məsələsidir” - deyə, Podovolenkova bildirib.
Onların tələbləri böyük ölçüdə təmin edilməyib. NATO, həqiqətən də, silah tədarükünü artırmağa, humanitar yardımı artırmağa və sanksiyaları sərtləşdirməyə razılaşdı, lakin uçuşa qadağa zonası tətbiq etməyəcək və ya döyüş
təyyarələri tədarük etməyəcək, çünki hər iki addımın Rusiya ilə NATO arasında birbaşa münaqişəyə səbəb ola biləcəyini iddia edir.
ABŞ və onun NATO tərəfdaşları Ukraynaya milyardlarla dollarlıq hərbi və humanitar yardımı təsdiqləyib, Moskvaya qarşı getdikcə daha güclü sanksiyalar tətbiq edib.
Gundemxeber.Az
24-03-2022, 17:59
27-06-2015, 05:35
18-09-2020, 10:39
4-12-2013, 11:02
28-02-2014, 13:50
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?