GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyanın “alovlanan” Qərb sevgisi - İNCƏLƏMƏ...

Paşinyanın “alovlanan” Qərb sevgisi - İNCƏLƏMƏ...

Tarix: 26-03-2022, 12:03 Bölmə :Dünya Baxış: 281

Dünyanın siyasi arenasında xüsusən son aylar baş verən dəyişikliklər Ermənistanı yenidən öz riyakar oyunlarını intensivləşdirməyə sövq edir.

Məsələn, sürətlə dəyişən geosiyasi reallıqlar bu gün Ermənistan üçün Rusiyanı deyil, Qərbi Qütb ulduzuna çevirir. Halbuki çox yox, aylar öncə Ermənistan üçün “prioritet” məhz Moskva sayılırdı. Çünki Ermənistan hökuməti həmin dövrdə Kremli “onu himayə edəcək qədər” güclü hesab edirdi.

Ermənistan dövlətinin siyasi xəttinin əsas istiqaməti isə məhz bu riyakar xislət üzərinə qurulub: öz mənafeyi uğruna güclünün yanında dayanmış kimi görünmək. Yəni bunu Ermənistanın dünya siyasətində bir mövqeyə sahib olması kimi də qəbul etmək düzgün deyil. Dünya siyasətində söz sahibi olmayan İrəvan məhz başqalarının yanındaymış kimi görünməklə zaman-zaman nəyəsə nail olmağa, ən azından mövcudluğunu davam etdirməyə çalışır.

Üç aya “dəyişən” siyasi xətt

Ötən ilin dekabr ayını xatırlayaq. Həmin vaxt Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində iştirak üçün Brüsselə səfər edən Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-nun mənzil-qərargahına dəvət olundular. Təbii ki, uğurlu və balanslı xarici siyasət yürüdən Azərbaycan lideri bu təklifi qəbul etdi. NATO-nun Brüsseldəki mənzil-qərargahında Prezident İlham Əliyev və baş katib Yens Stoltenberq arasında görüş keçirildi.

Azərbaycan Prezidenti NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. Burada çıxış edən NATO-ya üzv dövlətlərin daimi nümayəndələri tərəfindən Azərbaycanın rəhbər tutduğu siyasi xətt, həmçinin hərbçilərimizin Əfqanıstandakı sülhməramlı missiyadakı iştirakı yüksək qiymətləndirildi.

Elə Gürcüstan rəhbərliyi də NATO-nun dəvətini qəbul etdi və müvafiq görüşlər keçirildi. Həmin vaxt özünü Rusiyanın vassalı kimi təhlükəsiz şəraitdə hiss edən Ermənistan rəhbərliyi isə NATO-nun dəvəti barədə düşünmək belə istəmədi desək, yanılmarıq.

İrəvanın bu “rusiyapərəst” mövqeyi isə ənənəvi olaraq çox çəkmədi. Bunun tamamilə əks istiqamətdə dəyişməsi üçün ermənilərə cəmi üç ay kifayət etdi. Dekabrda Rusiyaya yaltaqlanmaq xatirinə NATO-ya tərəf baxmayan Ermənistan artıq martda elə həmin NATO-ya yarınmaq üçün bütün vasitələrə əl atır.

Rusiya ordusunun uğursuzluğu fonunda ermənilərin “alovlanan” Qərb sevgisi

Üstəlik, artıq Rusiya onu zərrə qədər də maraqlandırmır. Ermənistanın illərdir dəyişilməz xətti olan riyakarlıq və satqınlıq bir andaca müttəfiqlərini “xırıd etməyə”, dostlarını arxadan vurmağa, lazım olanda düşməni kimi görməyə imkan verir. Odur ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın gürcü həmkarı ilə bu günlərdə baş tutan telefon danışığının arxasında dayanan əsl planları sezmək çətin deyil.

Ermənistan hər nə qədər xəyanətdə və riyakarlıqda peşəkar olsa da, siyasi arena da bir o qədər ikiüzlülükləri ifşa edən və açıq şəkildə ortaya qoyan bir platformadır.

İlk növbədə Ermənistan Gürcüstanla “yaxınlaşmaq” adı altında Qərbə mesaj göndərməyə cəhd edir. Mesajın əsas məramı isə Rusiyanın vassallığından imtina etdiyini və Qərbə meyil saldığını bəyan etməkdir. Əslində, Rusiyanın Ukraynadakı döyüşlərdə uğur qazana bilməməsi erməniləri Qərbə doğru “sürükləyən” əsas parametrdir. İrəvan Qərbdən təzyiq və ağır sanksiyalar altındakı Rusiyadan daha çoxunu qopara biləcəyinə inanır.

Qərb və Rusiya bütün parametrlər üzrə bir-birinə ziddiyyət təşkil etsələr də, Ermənistan üçün bu iki variant arasında seçim etmək və həmin seçimi dəyişmək çox sadə bir prosesə çevrilir. Siyasətinin əsas vəzifəsi özünə güclü ağa, himayədar tapmaq, maksimum yaltaqlıq nümayiş etdirərək öz ağasından mümkün qədər nələrsə “qoparmaq” olan Ermənistan düşünmədən seçimini Qərbin və ya Rusiyanın xeyrinə dəyişə bilər.

Ermənistan üçün xəyanət: 2x2

Görünür, Ermənistan rəhbərliyi artıq Qərbin ağuşunda daha çox “qazanacağı” ideyasından ikiəlli yapışıb. Bu inamı rəhbər tutan bir Ermənistan üçün isə Rusiyanı satmaq, necə deyərlər, “iki vur ikidir”.

İnsafən deyək ki, ermənilər hətta xəyanət edərkən belə, digər variantlara, növbəti kəskin dəyişikliklərə hazırlıq edirlər. Məsələn, Ermənistanın paytaxtı və digər bölgələrində keçirilən Rusiyanın başlatdığı müharibəyə dəstək aksiyaları məhz bu riyakarcasına hazırlığın bir parçasıdır. Burada məqsəd hər ehtimala qarşı Rusiya üçün “ayaq yeri qoymaqdır”.

Ermənilər nə qədər Qərb üçün “dost” görünsələr də, onların arxasınca çevirdikləri işlər sadəcə aksiyalarla bitmir. Ermənistanın Suriyadan gələn muzdlular üçün təlim düşərgəsinə çevrilməsi, qondarma rejimin əli ilə Ukraynadakı “DNR” və “LNR”ə yardımlar göstərilməsi də diqqətdə saxlanılmalı məqamlardır.

Davamlı olaraq öz ağasını dəyişən Ermənistan həm də bu silsiləni pozmayaraq, müntəzəm surətdə özünə seçdiyi ağalara xəyanət edir. Bu gün Qərbə yaltaqlanmağa cəhd etsə də, arxasınca atdığı addımları artıq qeyd etdik.

Dekabr ayında NATO toplantısında Ermənistan üçün Rusiya vassallığı daha cəlbedici görünürdü və məhz bu səbəbdən də Nikol Paşinyan hökuməti həmin vaxt Qərbin qapısını açmağı belə lazım bilmədi. Başlatdığı müharibənin, sanksiyaların və digər xarici təzyiqlərin Rusiyanı zəiflətdiyini gördükdə isə erməni lider və onun komandası, Ermənistan dövləti batmaqda olan gəmini ilk tərk edən siçovulları xatırladırlar...

Yeri gəlmişkən, Rusiyanın özündə də Ermənistanın guya böyük məharətlər icra etdiyi ikili oyunlardan hər kəs xəbərdardır. Nikol Paşinyan hökumətinin Sorosla yaxınlığı, onun hökumətində ayrı-ayrı vaxtlarda təmsil olunmuş və olunan Armen Qriqoryan, David Sanasaryan, Zare Sinanyan, Rüstəm Badasyan və başqaları Kremlin yaddaşında qalmaqda davam edirlər. Moskva, çox güman ki, Ermənistanın COVID-19 pandemiyası dövründə Soros Fondundan yardım alan yeganə MDB ölkəsi olduğunu da unutmayacaq.

Bütün bunların fonunda isə Ermənistanın siyasi xəttinin iflasa məhkum olduğunu xatırlatmaq yerinə düşər. Çünki İrəvanın hazırda icra etdiyi bu mexanizm növbəti xəyanət zamanı onun başını ağrıda bilər. Məsələn, gələn dəfə Qərbi satıb Rusiyaya “dost” görünəndə Kreml bunu ifşa edə və ya bunun tam əksi baş verə bilər. Bu isə onsuz da özünə bir ağa tapmadan mövcudluğunun sual altında olduğunu bilən Ermənistan üçün sözün əsl mənasında uçurumdan atlamaq olar...

Orxan Tağıyev


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Rusiya etibarı itirmiş şəxslə əlaqələri davam etdirmək fikrində deyil" - ekspert

    "Rusiya etibarı itirmiş şəxslə əlaqələri ...

    25-12-2020, 13:56

  • 
  • “Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı” - Aleksandr Xramçix

    “Rusiya bazası olmasaydı, Ermənistan mövcud ...

    21-12-2018, 11:47

  • 
  • “Qafqazda bir yerdə alov yanarsa, bu, bütün bölgəni bürüyər”

    “Qafqazda bir yerdə alov yanarsa, bu, bütün ...

    18-02-2014, 12:53

  • 
  • Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan hökuməti geosiyasi tələdə

    Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan ...

    26-06-2019, 10:10

  • 
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu