Rusiya Kyiv və Çerniqov istiqamətlərində hərbi aktivliyin “kəskin” azaldılmasını elan edib. Bunu İstanbulda 4 saata yaxın davam edən Rusiya-Ukrayna danışıqlarının yekununda Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.
Rusiya müdafiə departamentinin nümayəndəsi vurğulayıb ki, bu qərar “qarşılıqlı etimadı artırmaq və son məqsədə – yuxarıda qeyd olunan sazişin razılaşdırılması və imzalanmasına nail olmaq üçün” verilib.
"Əsas qərarların Kyivdə veriləcəyi və gələcək iş üçün şəraitin yaradılmalı olmasından çıxış edirik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı nümayəndə heyətimiz Moskvaya qayıtdıqdan sonra daha ətraflı məlumat verəcək" – deyə, Fomin bildirib.
Putinin müşaviri Vladimir Medinski İstanbuldakı danışıqları “konstruktiv” adlandırıb. Rusiya nümayəndə heyəti həmçinin xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması ilə bərabər prezidentlər Putin və Zelenskinin görüşünün mümkünlüyünü də açıqlayıb.
Medinskinin sözlərinə görə, prezidentlər şəxsi görüşdə özünü LXR və DXR elan edən bölgələrin statusu barədə də danışacaqlar.
İstanbuldakı Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya Kyivin təklifləri barədə danışıb:
Ukrayna yeni təhlükəsizlik zəmanətləri sisteminin, yeni beynəlxalq müqavilənin formatı üzərində işləyir.
NATO-nun 5-ci maddəsinə bənzər qarant ölkələr üç gün ərzində məsləhətləşmələr aparacaqlar. BMT Təhlükəsizlik Şurası ölkələri, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, Polşa, İsrail qarant ola bilər.
Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları və Krımla bağlı məsələlər həll olunmayıb və zaminlər bu ərazilərdə işləməyəcək. Bəzi ölkələr artıq əvvəlcədən razılıq veriblər.
Ukrayna bu təklifləri Rusiya tərəfinə çatdırıb, Rusiya nümayəndəsi Vladimir Medinski onları Kremlə çatdıracağına söz verib.
Danışıqlar qrupunun digər üzvü, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə bunları deyib:
Qərarların icrası aşağıdakı qaydada aparılacaq: referendum, sonra zamin ölkələrin parlamentləri tərəfindən ratifikasiya;
Krım müqavilənin ayrıca bəndidir. 15 il ərzində yarımadanın statusu ilə bağlı Rusiya ilə danışıqlar aparılacaq, bu müddət ərzində hərbi əməliyyatlar olmayacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?