Gundemxeber.az » Dünya » “İnterpol”a müraciətin Arayik “PRESEDENTİ”: - “Bu addımların konkret nəticəsi olmasa belə...”
“Başqa bir dövlətin ərazisində cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması bir qədər problemli xarakter daşıyır”. Dia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Baş Prokurorluğunun Rusiya Dövlət Dumasının deputatı, ölkəmizi təhdid edən bəyanat səsləndirmiş Mixail Delyagini “İnterpol” xətti üzrə axtarışa verməsini şərh edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqalmasında deyib.
Onun fikrincə, Rusiyalı deputat da daxil olmaqla elə şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi üçün cəhd göstərmek lazımdır:
“Açıq desək, indiki şəraitdə, dövlətlərarası münasibətin mövcud vəziyyətində bu addımın konkret nəticəsinin olacağını gözləmək doğru olmazdı. Amma bütün hallarda Rusiyalı deputatın, yaxud da başqa birisinin o cür yolverilməz bəyanat və hərəkətlərini cavabsız buraxmalı deyilik.
Hesab edirəm ki, Baş Prokurorluq bu halda Azərbaycan qanunvericiliyinə uyğun davranıb. Sadəcə beynəlxalq münasibətlər sistemi elə qurulub ki, başqa bir dövlətin ərazisində cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması bir qədər problemli xarakter daşıyır.
Fikrimcə, bütün hallarda rusiyalı deputat da daxil olmaqla elə şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi üçün cəhd göstərmək lazımdır”.
GUNDEMXEBER.AZ
15-11-2017, 00:18
19-10-2015, 19:05
16-02-2019, 09:26
11-11-2017, 12:49
1-07-2013, 18:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?