Azərbaycan dövlətinin "İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verdiyi 1982-ci il təvəllüdlü Rüfət Səfiyarov Belarusun paytaxtı Minsk şəhərində saxlanılıb.
gundemxeber.az-ın Report-a istinadən məlumatına görə, hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası üçün iş aparılır.
Məlumata görə, R.Səfiyarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?