Gundemxeber.az » Dünya » Ukrayna prezidenti Rusiyaya qarşı daha qətiyyətli addımlar atılmasına çağırıb
ABŞ və Avropa İttifaqının Rusiyanın işğalına qarşı cəza tədbirlərini artırmaq, NATO xarici işlər nazirlərinin əlavə tədbirlərini müzakirə etmək üçün Brüsseldə toplaşdığı bir vaxt Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Rusiyaya qarşı daha qətiyyətli addımlar atılmasına təkid edib.
Zelenski İrlandiya parlamentinə video-müraciətində “Biz sanksiyalarla bağlı yeni ritorika eşidəndə, mən Rusiya qoşunlarının etdiklərindən sonra belə qərarsızlığa dözə bilmirəm” deyib.
O, Avropa liderlərinin Ukrayna xalqının rifahından çox Rusiyanın enerji idxalına qoyulan potensial qadağaların onların iqtisadiyyatlarına necə təsir edəcəyi ilə bağlı tənqidini bir daha təkrarlayıb.
Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın G-7 və Avropa İttifaqı ilə Rusiyanı “iqtisadi, maliyyə və texnoloji təcrid” edə biləcək tədbirləri müzakirə və yeni sanksiyalarını elan edəcəyinin gözləndiyini deyib.
“Buraya Rusiyaya bütün yeni investisiyaların qadağan edilməsi, Rusiyadakı maliyyə institutları və dövlət müəssisələrinə qarşı sanksiyaların artırılması, Rusiya hökumət rəsmiləri və onların ailə üzvlərinə qarşı sanksiyalar daxildir” - deyə, o bildirib.
Avropa Şurasının prezidenti Çarlz Mişel çərşənbə günü bildirib ki, Avropa İttifaqının yeni paketinə kömür idxalına qadağa da daxildir.
O, "Mən hesab edirəm ki, neft, hətta qazla bağlı tədbirlərə də gec-tez ehtiyac olacaq" deyib.
Mişel Avropa Parlamentinə müraciətində rus əsgərlərini “silahları yerə qoyub, döyüşü dayandırmağa, döyüş meydanını tərk etməyə” çağırıb. Onun sözlərinə görə, fərarilik edən rus əsgərlərinə sığınacaq verilməsi ideyası “dəyərləndirilməli olan ideyadır”.
Brüsseldə iki günlük NATO danışıqlarının başlaması ərəfəsində ABŞ Ukraynaya 100 milyon dollarlıq hərbi yardım ayıracağını açıqlayıb.
Pentaqonun mətbuat katibi Con Kirbi bildirib ki, yardım “Ukraynanın ölkəsini müdafiə etmək üçün istifadə etdiyi zireh əleyhinə çox səmərəli Javelin sistemlərinin əlavə ehtiyacını ödəyəcək”.
NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən əvvəl jurnalistlərə alyans üzvlərinin “Ukraynaya daha çox dəstək verməkdə qərarlı” olduğunu, humanitar və maliyyə yardımı, hərbi texnika və kibertəhlükəsizlik yardımının davam edəcəyini deyib.
13-09-2019, 13:55
11-05-2014, 12:42
4-04-2022, 18:05
26-09-2014, 07:31
21-04-2021, 09:55
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?