GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukraynada müharibə necə bitəcək?

Ukraynada müharibə necə bitəcək?

Tarix: 8-04-2022, 10:44 Bölmə :Dünya Baxış: 235

Ukraynada müharibənin dörd mümkün sonluğuna baxış:

Rusiyanın qələbəsi

Rusiyanın işğalından öncə Qərbin bir çox kəşfiyyat dəyərləndirmələri Rusiyanın qısa müddətdə qələbəsini proqnozlaşdırırdı. Bu, baş vermədi. Ukrayna yüksək motivasiyalı döyüşçülər və müxtəlif ölkələrdən göndərilən silahlarla güclü müqavimət ortaya qoydu. İndi Rusiya qələbə qazanmaq üçün çox çətin bir yol qət etməlidir.

Rusiya qoşunları Ukraynanın əsas şəhərlərini ələ keçirməyə cəhd etsələr də, güclü müqavimətə görə uğursuzluğa məruz qalıblar. Nəticədə, Moskva stretegiyasını dəyişərək, diqqəti rusiyameylli üsyançıların məskunlaşdığı Ukraynanın şərqindəki Donbas regionuna yönəltdi.

“Rusiya qoşunları Donbas ərazisinin mühasirəyə almaq üçün hərəkətə keçsələr, bu, Ukrayna ordusuna indiyədək apardıqları döyüşləri davam etməyə çətinlik yaradacaq. Bu həm də ABŞ, NATO və digər tərəfdaşlar üçün təchizatın təmin edilməsində problemlər yaradacaq.” - Karla Babb, Amerikanın Səsinin Pentaqon müxbiri.

Əgər Rusiya yenidən paytaxt Kyiv də daxil olmaqla, böyük şəhərləri ələ keçirməyə cəhd edəsi olsa, bu, indiyədək göstəriləndən daha güclü stregiyaları, o cümlədən hava zərbələrinin həyata keçiriləcəyi deməkdir. Bu, daha çox mülki şəxslərin ölümü ilə nəticələnə bilər.

Rusiya Ukrayna ilə müqayisədə daha çox qoşuna və silaha malikdir. Bu isə ona böyük hərbi üstünlük verir.

Ukraynanın üstünlüyü

Ukraynaya döyüş meydanında üstünlük əldə etməsi üçün özündən dəfələrlə güclü Rusiya qüvvələrinə qarşı qələbələr əldə etmək lazım olacaq. Hərbi təhlilçilər deyir ki, paytaxtı saxlamaq üçün Ukrayna kiçik şəhərlərin müdafiəsindən geri çəkilməli ola bilər.

Ukrayna qüvvələri Rusiya qoşunlarını pusquya salmaqla, onların təchizat xətlərinə hücumlara davam etməklə, döyüşlərin dalana dirənməsinə və nəticədə Rusiyanın geri çəkilməsinə nail ola bilər.

"Rusiya qoşunlarının Kyiv ətrafından geri çəkilməsinə baxmayaraq, onların evə dönmək niyyəti olduğu görünmür. ABŞ hesab edir ki, Rusiya qoşunları sadəcə mövqelərini dəyişib, yenidən qruplaşıb, yanacaq və təchizat toplayıb, Ukraynaya hücumları davam etmək istəyirlər." - Karla Babb, Amerikanın Səsinin Pentaqon müxbiri.

Ukraynanın üstünlüyü hərbi uğurlar və Rusiyaya qlobal təzyiqin cəmi nəticəsində baş verə bilər. Rusiya hal-hazırda həm iqtisadi sanksiyalardan, həm də diplomatik təcriddən əzziyyət çəkir. Müharibə diplomatik həll ilə bitə bilər. Xüsusilə də Rusiyanın müttəfiqi Çin Moksvaya sərt təzyiq göstərəcəyi halda.

Ukraynanın üstün olması üçün kiçik də olsa, daha bir ehtimal Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Bu, rusiyalıların müharibəyə qarşı ayağa qalxması və ya elitanın çevriliş həyata keçirməsi nəticəsində baş verə bilər.

Uzanan hərbi bataqlıq

Rusiyanın hətta Ukraynanın böyük şəhələrinə nəzarəti ələ keçirəcəyi halda belə, qələbənin təmin edilməsi asan olmayacaq. Ukraynalı döyüşçülər aylarla, hətta illərlə davam edə biləcək partizan döyüşləri apara bilərlər. Döyüşçülər şəhərin dərinliklərində, damlarda, parklarda və binaların içində gizlənə bilərlər.

Qərbdən gələn silahlarlarla yaxşı koordinasiya edilmiş qüvvə güclü hücumu uzun müddət dayandırmaq gücündədir. Bu, “pat” vəziyyəti ilə nəticələnə bilər.

Münaqişənin bu tərzə keçməsi hər iki tərəfdən yüksək itkilərlə və Rusiyanın qətiyyətinin zəifləməsinə apara bilər. Nəticə Rusiyanın 1980-ci illərdə Əfqanıstandakı döyüşləri ilə bənzərlik yarada bilər.

Hal-hazırda Putinin Ukrayna ilə bağlı hədəfinin nə olduğu aydın deyil. Əgər o rusiyapərəst hökumət təyin etmək istəyirsə, o zaman bunun təminatı üçün ölkənin işğalına ehtiyac var. Bu cür işğal uzunmüddətli silahlı toqquşmalara və hərbi bataqlığa gətirib çıxara bilər.

Genişlənmiş müharibə

Ən qorxulu ssenari digər Avropa ölkələrinin də cəlb ediləcəyi genişlənmiş müharibədir. Belə müharibə bir neçə nüvə silahına malik olan ölkənin də iştirakı anlamına gəlir. Bu, tez alışacaq və faciəvi nəticələnə biləcək bir ssenaridir.

Məhz buna görə Avropa ölkələri, Birləşmiş Ştatlar və NATO münaqişənin eskalasiyasına yol verməmək üçün çox ehtiyatlı davranırlar. Onlar aydın şəkildə bildirdilər ki, Rusiya ilə müharibədə deyillər və qoşunların göndərilməsi ehtimalını üzərindən də xətt çəkdilər.

Həmçinin, onlar Ukrayna üzərindən uçuşa qadağan zonanın yaradılması təklifinə “yox” deyiblər. Bu baş verəcəyi halda onlar Rusiya təyyarələrini vurmalı olacaqdılar.

Buna baxmayaraq, bir neçə qeyri-ixtiyari addımlar və səhvlər silsiləsi nəticəsində genişlənmiş müharibə baş verə bilər. Mümkün variantlar biri də odur ki, Rusiya məğlubiyyətlə üzləşdiyi halda münaqişənin eskalasiyasinə çalışa bilər./amerikaninsesi.org/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «Putin dünya düzənini dağıdır!»

    «Putin dünya düzənini dağıdır!» ...

    19-02-2017, 19:58

  • 
  • Ukraynada 1000-dən çox rus hərbçi var - VİDEO

    Ukraynada 1000-dən çox rus hərbçi var - VİDEO ...

    1-09-2014, 13:01

  • 
  • Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO

    Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO ...

    18-02-2020, 11:33

  • 
  • Rusiya savaşa başladı

    Rusiya savaşa başladı ...

    28-08-2014, 12:26

  • 
  • Rusiya qoşunları bu şəhəri tərk edir

    Rusiya qoşunları bu şəhəri tərk edir ...

    9-12-2014, 23:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu