Gundemxeber.az » Dünya » KİV: Səudiyyə Ərəbistanı Yəmən prezidentini istefaya məcbur edib
Səudiyyə hakimiyyəti Yəmən Prezidenti Abd Rabbu Mansur Hadini istefaya getməyə və səlahiyyətləri Prezident İdarə Heyətinə təhvil verməyə məcbur edib. Hazırda o, faktiki olaraq ev dustağıdır.
Bu barədə “Wall Street Journal” Səudiyyə və Yəmən rəsmilərinə istinadən xəbər verib.
Bildirilir ki, aprel ayında Yəmən prezidenti, yeddi illik vətəndaş müharibəsindən sonra (hansı ki, qismən hakimiyyəti onu devirən husilərə təhvil vermək istəməməsindən qaynaqlanıb), bütün səlahiyyətlərini səkkiz tanınmış siyasi liderin daxil olduğu Prezidentin İdarəetmə Şurasına təhvil verib. Şuranın yaradılması Ər-Riyadda Yəmənlərarası məsləhətləşmələrdən sonra elan edilib və onun iştirakçıları yeni güc strukturunu husilərlə danışıqlara başlamağa çağırıblar.
Qəzetin məlumatına görə, Ər-Riyaddakı danışıqlar zamanı Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Əl Səud Yəmən prezidentinə Şuraya səlahiyyətlərin verilməsi ilə bağlı müddəaları əks etdirən “yazılı fərman” təqdim edib.
Nəşrin istinad etdiyi rəsmilər bildiriblər ki, Məhəmməd Yəmən liderinə bildirib ki, məsləhətləşmələrin digər iştirakçıları da onun istefasının zəruriliyi ilə bağlı razılaşıb.
Səudiyyə rəsmiləri Hadini korrupsiya fəaliyyəti ilə bağlı iddia edilən sübutları yaymaqla hədələyərək, onu hakimiyyətdən getməyə razı salmağa çalışıblar.
Səudiyyəli məmurlardan biri deyib ki, hazırda artıq Yəmənin keçmiş prezidenti Ər-Riyaddakı iqamətgahında faktiki olaraq ev dustaqlığındadır, telefon əlaqəsi yoxdur.
Digər səudiyyəli mənbənin sözlərinə görə, hökumət bir neçə yəmənli siyasətçiyə Hadini ziyarət etməyə icazə verib.
GUNDEMXEBER.AZ
9-10-2016, 12:57
28-03-2016, 14:29
26-05-2020, 20:54
15-06-2017, 14:46
30-01-2018, 22:44
Sorğu
Yeni dizaynımız necədir?