Gundemxeber.az » Dünya » Türkiyə silahlı qüvvələri İraqın şimalında kürd üsyançılarına qarşı əməliyyat keçirib
Türkiyə Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, Türkiyə hərbi qüvvələri təyyarələr, vertolyotlar və dronlardan istifadə edərək, kürd üsyançılarının İraqın şimalındakı mövqelərinə qarşı hərbi əməliyyat keçirib.
Hərbi qüvvələrin bildirdiyinə görə, hədəflər arasında Metina, Zap və Avaşin-Basyan bölgələrindəki düşərgələr və silah-sursat anbarları olub.
Kürd üsyançıları İraqın şimalından Türkiyəyə hücumlara başlayıb və Ankara onların Türkiyədə növbəti hücum planlaşdırdığını bəyan edib.
Associated Press xəbər agentliyinin məlumatına görə, əməliyyat zamanı 19 kürd üsyançısı öldürülüb, Türkiyənin 4 hərbçisi yaralanıb.
“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir”, dövlətə məxsus Anadolu xəbər agentliyi müdafiə naziri Hulusi Akara istinadən xəbər verib. “Birinci mərhələdə müəyyən edilmiş hədəflər ələ keçirilib”, Hulusi Akar deyib.
Türkiyə hərbi qüvvələri Ankaranın terror təşkilatları kimi tanıdığı Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri (YPG) qruplaşmalarına qarşı dəfələrlə hərbi əməliyyatlar keçirib.
Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qrup kimi tanınan PKK 1984-cü ildən fəaliyyət göstərir. Təşkilatın Türkiyənin cənub-şərqində və İraqın şimalında bazaları var.
GundemXeber.Az
9-03-2018, 11:56
11-10-2015, 19:29
20-07-2019, 09:31
1-10-2017, 15:19
15-01-2018, 01:07
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?