Gundemxeber.az » Dünya » Moldova prezidenti Rusiya təcavüzünün simvollarını qadağan edən qanun imzalayıb
Moldova prezidenti Maya Sandu Rusiyada vətənpərvərlik simvolu və Ukraynaya qarşı təcavüz rəmzi kimi istifadə edilən qara və narıncı rəngli Müqəddəs Georgi lentini, həmçinin Moskvanın Ukraynaya səbəbsiz işğalı zamanı hərbi nəqliyyat vasitələri və avadanlıqların üzərində qeyd olunan "Z" və "V" işarələrini qadağan edən qanun layihəsini imzalayıb.
Sandu qadağan olunmuş simvolların hazırlanması, geyilməsi və ya nümayişinə görə ən azı 900 ley (49 dollar) cərimə ilə cəzanı nəzərdə tutan qanunu imzalayıb. Qanun beş gün əvvəl Moldova qanunveriiləci tərəfindən təsdiq edilib.
Bununla belə, Moldovanın keçmiş prezidenti İqor Dodon Sandunu qanunu imzaladığına görə tənqid edərək, onu "yoxsulluq əvəzinə simvollarla mübarizə aparmaqda" ittiham edib.
Dodon həmçinin hər il Rusiyada və bir sıra digər keçmiş ovet respublikalarında qeyd olunan, lakin son illər Rusiyanın Ukraynaya qarşı təcavüzü, xüsusilə də Moskva tərəfindən 2014-cü ildə Krımın qanunsuz ilhaqı və Ukraynanın şərqindəki rusiyayönlü separatçılara dəstəyinə bəraət qazandırmaq üçün Rusiya təbliğatının alətinə çevrilmiş 9 May Qələbə yürüşünü təşkil edəcəyinə də söz verib.
Keçən ay Sandu Rusiyanın qonşu Ukraynaya müdaxiləsindən sonra planlaşdırdığı Qərbyönlü kursunu sürətləndirərək, Moldovanın Avropa İttifaqında qoşulması üçün rəsmi ərizə imzalayıb.
Eyni zamanda, Litva parlamenti də aprelin 19-da Müqəddəs Georgi lentini, həmçinin "Z" və "V" işarələrini qadağan edən oxşar qanun layihəsini təsdiqləyib.
Keçən həftə ukraynalı qanuvericilər ictimai yerlərdə, reklam çarxlarında, geyimlərin üzərində, media və sosial şəbəkələrdə Rusiya simvollarının istifadəsini qadağan edib.
15-08-2017, 14:31
27-12-2012, 08:43
23-05-2018, 13:38
22-06-2017, 13:08
28-07-2017, 13:29
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?