GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin Mariupolda qələbə əldə etdiyini elan edib

Putin Mariupolda qələbə əldə etdiyini elan edib

Tarix: 22-04-2022, 16:36 Bölmə :Dünya Baxış: 296


Rusiya prezidenti Vladimir Putin Ukraynanın mühasirədə olan liman şəhəri Mariupolun təxminən iki aylıq döyüşlərdən sonra “azad edildiyini” elan edib, baxmayaraq ki, Rusiya qüvvələri şəhərdə ukraynalı döyüşçülərin və mülki əhalinin əlində qalan nəhəng “Azovstal” polad zavoduna girə bilməyib.

Putin zavoda hücum etmək əvəzinə, Rusiya qüvvələrinin “milçəyin belə keçməməsi üçün” zavodu mühasirəyə almalarıını əmr edib. Müşahidəçilərin fikrincə, bu taktika Rusiya əsgərlərinin həyatını xilas edəcək və, ola bilsin ki, zavodda qalan Ukrayna döyüşçüləri və mülki əhalini ac buraxacaq.

Bu arada Ukrayna rəsmiləri Mariupolun ətrafında kütləvi məzarlıqların olduğuna dair dəlillərin ortaya çıxdığını bildirib. ABŞ-ın peyk görüntüləri şirkəti Maxar Technologies-in çəkdiyi foto-şəkillər Manhuş şəhərində azı 200 yeni qəbri əks etdirib.

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı Dünya Bankına ölkəsinin ayda 7 milyard dollar yardıma və Rusiyanın işğalından xilas olmaq üçün yüz milyardlarla dollarlıq vəsaitə ehtiyacının olduğunu deyib.

"Bu paketə ağır artilleriya silahları, onlarla Haubitsa və 144 min patron daxildir" deyə, Bayden Ağ Evdə etdiyi qısa çıxışında bildirib. O, yeni göndərilən silahların xüsusilə Ukrayna qüvvələrinin Donbas bölgəsində döyüşməsinə yardım məqsədi daşıdığını bildirib.

Bayden deyib ki, keçən həftə elan edilmiş yardım paketinə əlavə 800 milyon dollarlıq yeni yardım Konqresin ABŞ-ın Ukraynaya hərbi yardım üçün icazə verdiyi məbləği “demək olar ki, aşıb." Lakin o, tezliklə Konqresdən Ukrayna qüvvələri üçün daha çox pul istəyəcəyini bildirib.

Bayden deyib ki, Birləşmiş Ştatlar və onun qərb müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin səkkiz həftəlik işğalına qarşı mübarizədə Ukraynaya yardım etmək əzmində yekdildir.

Rusiyanın fevralın 24-də işğalından əvvəl 400 min insanın yaşadığı Mariupolda 100 mindən çox ukraynalının ilişib qaldığı güman edilir.

Mariupol uğrunda döyüş Moskvanın hərbi mövcudluğunu artırdığı strateji əhəmiyyətli Donbas bölgəsində Rusiyanın genişmiqyaslı hücumunun bir hissəsidir.

Martın 25-də Ukraynanın şimalındakı itkilərindən sonra Moskva strategiyasında böyük dəyişiklik etdi və Donbasda hərbi nailiyyətləri möhkəmləndirmək və Krıma qurudan körpü yaratmaq üçün paytaxt Kyivin ətrafı da daxil olmaqla, qüvvələrini şimaldan geri çəkdi.

Təhlilçilərin fikrincə Rusiya qüvvələri Donbasa tam nəzarəti ələ keçirsə, onların diplomatları sülh danışıqlarında regiona muxtariyyət tələb etmək üçün daha güclü mövqedə olacaq./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Putin Mariupol şəhərində Ukrayna qüvvələrinin saxlandığı polad zavoduna hücum etməmək əmri verib

    Putin Mariupol şəhərində Ukrayna qüvvələrinin ...

    21-04-2022, 16:07

  • 
  • Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini açıqlayıb

    Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini ...

    4-07-2019, 10:30

  • 
  • «Putin dünya düzənini dağıdır!»

    «Putin dünya düzənini dağıdır!» ...

    19-02-2017, 19:58

  • 
  • Putin Ukrayna dənizçilərinin ələ keçirilməsi insidenti ilə bağlı ilk açıqlama verib

    Putin Ukrayna dənizçilərinin ələ keçirilməsi ...

    29-11-2018, 14:54

  • 
  • Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

    Vladimir Putin Azərbaycan prezidenti İlham ...

    31-12-2014, 19:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu