Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək 387 uşaq müxtəlif dərəcəli xəsarət alıb.
Gundemxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun teleqram kanalında məlumat yayılıb.
"Ölənlərin sayı dəyişməyib – 208 nəfər, yaralıların sayı isə artıb – 387 nəfər”, - məlumatda deyilir.
Yuvenal prokurorların məlumatına görə, uşaqlar ən çox Donetsk vilayətində xəsarət alıblar – 120 nəfər. Eyni zamanda, Kiyev vilayətində 113, Xarkov vilayətində 91, Çerniqov vilayətində 66, Kiyev şəhərində 16 uşaq yaralanıb.
Rusiya Silahlı Qüvvələrinin bombardmanı və açdığı atəşlər nəticəsində 1 500 təhsil müəssisəsi zərər görüb, onlardan 102-si tamamilə məhv edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?