Gundemxeber.az » Dünya » Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib
Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Fərdin Məkaridust Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərinin kəşfiyyat idarəsinə çağırılaraq dindirilib.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Fərdin Məkaridust Sulduz kəşfiyyat idarəsinə çağırılıb və bir neçə saat qardaşının fəaliyyətləri ilə bağlı orada dindirilib.
Təhlükəsizlik qüvvələrinin Fərdin Məkaridustu aprelin 21-də kəşfiyyat idarəsinin təcridxanasında bir neçə saat nəzarət altına alıb qardaşının Türkiyədə apardığı fəaliyyətlər haqqında sorğu-suala çəkdiyi bildirilir.
AZOH təşkilatının sosial media hesabından yayılan məlumata görə, təhlükəsizlik qüvvələri Fərdin Məkaridustdan qardaşını İrana geri qayıtmağa razı salmasını istəyiblər. Fərdini sorğu-suala çəkən məmurlar vəd ediblər ki, Arəş Məkardust İrana qayıdarsa və təhlükəsizlik qurumları ilə əməkdaşlıq edərsə, ona güzəşt olunacaq. Əksi halda Arəş Məkaridustu başqa yollarla İrana qaytaracaqlarını bildirərək milli fəalın qardaşını hədələyiblər.
Arəş Məkaridust AZOH təşkilatının üzvüdür və Türkiyədə İran azərbaycanlılarına məxsus Qaçqınlara Yardım Dərnəyində fəaliyyət göstərir.
15-09-2020, 16:25
17-01-2020, 12:21
18-04-2022, 12:13
27-01-2020, 11:40
22-12-2014, 21:38
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?