“Bu yaxınlarda biz yazmışdıq ki, Nikol Paşinyan Artsax və Ermənistan təhlükəsizlik şuralarının birgə iclasını keçirməyi planlaşdırır və onun məqsədi etirazları dayandırmaqdır". Gundemxeber.az moderator.az-a istinadla xəbər verir ki, bunu “Hraparak” qəzeti yazır.
Xəbərdə deyilir ki, “təhlükəsizlik şuraları” bir neçə bəyanat verəcək və Qarabağdan narahat olan insanların başının altına yumşaq yastıq qoyacaqlar ki, guya Qarabağ erməniləri status məsələsini həll edəcək, Ermənistan hökuməti Qarabağı verməyəcək və s. “Lakin son anda təhlükəsizlik şuralarının birgə iclasını keçirməmək, bir qrup Qarabağ ermənisini Ermənistan hökumətində qəbul etmək və Nikol Paşinyanla “Artsaxda proqramların və mövcud problemlərin həlli yollarını”, müzakirə etmək qərara alındı”- deyə erməni nəşri davam edir. Paşinyan “öz müqəddəratını təyinetmə hüququnu” deyil, “təhlükəsizliyi” vurğulayaraq öz “çirkin işini” davam etdirməyə çalışsa da, "Artsax"ın gələcəyindən danışan Arayik Arutyunyan təəccüblü şəkildə Paşinyanı “redaktə edib” və “bizim öz müqəddəratını təyin etmək hüququndan kənara çıxmaq istiqamətimiz olmadığını” vurğulayıb. “Artsaxın siyasi dairələri hesab edir ki, Arayik Arutyunyan Nikol Paşinyana yaxından əməkdaşlıq edib hesabat versə də, o, artıq özünü böyük Rusiya dövlətinin bir hissəsi kimi hiss edir və söz və davranışlarını İrəvanla deyil, Kremllə koordinə edir” – deyə erməni qəzeti sonda yazır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?