Gundemxeber.az » Dünya » ABŞ Səfirliyi Hubert H. Humphrey Təqaüd Proqramını elan edib
ABŞ-ın Azərbaycandakı Səfirliyi elmi dərəcə verməyən akademik təhsil və əlaqəli peşəkar təcrübə imkanı verən 2023-2024-cü illər üçün on aylıq Hubert H. Humphrey Təqaüd Proqramını elan edib.
Səfirlik bildirir ki, poqramda iştirak etmək üçün Azərbaycan vətəndaşı olmaq və hazırda Azərbaycanda yaşamaq, seçilmiş sahə üzrə 5 il ardıcıl iş təcrübəsi, güclü akademik baza və əvvəlki təhsil müddətində mükəmməllik, yüksək ingilis dili biliyi tələb olunur.
Bütün xərclər (təhsil haqqı, səyahət, yaşayış, tibbi sığorta) proqram tərəfindən qarşılanır.
Proqramda iştirak etmək üçün iyunun 13-dək müraciət etmək olar.
Humphrey Təqaüd Proqramı ABŞ vətəndaşları və dünyanın digər yerlərindən olan şəxslər arasında uzunmüddətli məhsuldar tərəfdaşlıq və əlaqələr qurmaq məqsədi daşıyır. Humphrey Təqaüd Proqramı öz icmalarına, eləcə də peşəkar sahələrinə töhfə verəcək mütəxəssislərin liderlik bacarıqlarını gücləndirmək üçün nəzərdə tutulub.
Statistik məlumatlara görə, Humphrey məzunlarının 61 faizi ölkəsinə qayıdır və hökumətdə müəyyən vəzifələrdə işləyir. Digərləri isə siyasəti idarə edən, yeni ən yaxşı təcrübələri tətbiq edən və təşkilatlarına innovativ idarəetmə üsullarını tətbiq edən sahələrdə liderdir.
Məzunların 46 faizi milli siyasətləri işləyib hazırlayan, milli proqramlar yaradan, milli təlimçi kimi xidmət edən və öz ölkələrində qanunvericilik üzrə dövlət məmurlarına məsləhətlər verən şəxslərdir.
24-04-2018, 14:09
29-03-2016, 14:53
29-03-2016, 15:18
18-04-2018, 11:34
25-04-2018, 15:42
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?