Gundemxeber.az » Dünya » Rus TV kanallarına reklam vermək və Rusiyaya buldozer satmaq – QADAĞAN EDİLDİ
ABŞ və tərəfdaşları Ukraynaya hücum etdiyinə görə Rusiyaya qarşı növbəti – 6-cı sanksiya peketini açıqlayıb.
Gundemxeber.az FED.az-a istinadla xəbər verir ki, bu dəfə sanksiyaların hədəfinə Rusiyanın hərbi təcüvüzünün təbliğatı ilə məşğul olan telekanallar da daxil edilib. Belə ki, Rusiyada 1-ci Kanal, «Rossiya 1» və NTV-yə də sanksiyalar tətbiq edilib. Sanksiyalara əsasən ABŞ şirkətlərinə bu kanallara reklam yerləşdirmək və onları avadanlıqla təmin etməsini qadağan edilib.
ABŞ tərəfinin bununla bağlı açıqlamasında bildirilir ki, həmin kanallar Putinin təbliğat maşını kmi fəaliyyət göstərir və ABŞ şirkətləri öz reklamları ilə buna dəstək verməməlidirlər: «Rusiya kanallarına əsas reklamvericilərdən biri də ABŞ şirkətləri idi, onlar onsuz da Ukraynadakı mühəribədən sonra Rusiya kanalları ilə əməkdaşlığı azaltmışdılar, amma biz0 əmin olmaq istəyirik ki, bu qadağaya əməl olunacaq. Amerika şirkətləri rus təbliğatını maliyyələşdirməməlidirlər»-deyə bildirilir.
Qərara görə iyunun 7-dən sonra əməkdaşlıq dayandırılır.
Yeni sanksiya paketi üzrə “Sberbank”ın 8, “Qazprombank”ın isə daha 27 rəhbərinə qarşı məhdudiyyətlər tətbiq olunacaq. Bu dəfə Moskva Sənaye Bankı da sanksiya siyahısına salınıb.
Bundan sonra ABŞ Rusiya hərbçilərinə viza verilməsini məhdudlaşdıracaq. Bununla yanaşıbelə qadağa 2,6 min rus və belarusluya qarşı tətbiq olunacaq.
Bundan əlavə, Vaşinqton Rusiyaya nüvə materialları, sənaye avadanlıqları və buldozerlərin ixracına qadağa qoyub. Mühasibat uçotu, reklam, idarəetmə və konsaltinq xidmətləri də ABŞ-ın yeni anti-Rusiya sanksiyaları altına düşüb.
Gundemxeber.Az
26-01-2018, 21:55
27-01-2018, 12:45
23-05-2018, 13:38
4-02-2014, 16:06
29-10-2017, 11:43
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?