GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » PAŞINYANIN “QULAĞINI” KİM ÇƏKDİ? - GƏLİŞMƏ

PAŞINYANIN “QULAĞINI” KİM ÇƏKDİ? - GƏLİŞMƏ

Tarix: 19-05-2022, 15:21 Bölmə :Dünya Baxış: 306

“Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur. Biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik... Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu...”

Bunları Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşdən sonra mətbuata bəyanatında bildirib. Bu açıqlama gerçəkdə sülh prosesinin kim, daha doğrusu, kimlər tərəfindən əngəlləndiyini və pozulduğunu anlamağa imkan verir.

Aprelin 6-da Avropa İttifaqı Şurasın Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən üçtərəfli görüşü sülh prosesilə bağlı xeyli ümidlər yaratmışdı. Çünki bu görüşün təşkilatçısı və təşəbbüskarı olan Avropa İttifaqı digər “vasitəçilər”dən fərqli olaraq, demək olar, hər hansı şəxsi maraqlar, regionda hegemonluq, imperiya iddiaları güdmədən Azərbaycanla Ermənistanın birbaşa, ikitərəfli komissiya yaradaraq, sülh sazişinə doğru irəliləməsində maraqlı idi. Sözügedən görüşdən sonra Nikol Paşinyanın səsləndirdiyi bəyanatlar, xüsusilə “Qarabağla bağlı tələblər plankasının endirilməsi” barədə dedikləri, Azərbaycanın irəli sürdüyü beş şərtin prinsip etibarilə qəbul olunması kimi məsələlər, nəhayət ki, tərəflərin razılığa yaxın olduğuna dair təsəvvür yaradırdı. Ancaq çox keçmədi ki, İrəvanda Moskvanın Ermənistandakı tör-töküntüləri küçələrə axışmağa başladılar. Onlar, sayları çox olmasa da, vəziyyyəti gərginləşdirməyə, Paşinyana qarşı təzyiqləri artırmağa müvəffəq oldular. Buna paralel olaraq, başı Ukraynada düşdüyü bataqlığa qarışmasına rəğmən, aprelin 19-da Putin Paşinyanı Moskvada qəbul etdi. Rusiya XİN isə nazir başda olmaqla, Şarl Mişelin təşəbbüsünü və əldə olunmuş razılaşmaları açıq şəkildə deskriditasiya etməyə başladı. Bildirdilər ki, Avropa İttifaqı guya Rusiyanın Qafqazdakı diplomatiyasının zəhmətini yerə vurmağa, onun sülhlə bağlı nailiyyətlərinə sahib çıxmağa çalışır. Hansı ki, Rusiyadan fərqli olaraq, Avropa İttifaqı özünün dominantlıq edəcəyi üçtərəfli deyil, birbaşa, ikitərəfli komissiyanın yaradılması təklifilə çıxış etmişdi və tərəflər də buna razılaşmışdılar. Bu variant isə Rusiyanın təklif və təşkil etdiyi “sülh”dən daha etibarlı və mötəbər idi. Hələ aprelin 19-da keçirilmiş Putin-Paşinyan görüşündən öncə bir çox politoloqlar bu görüşün sülh prosesini tormozlayacağını proqnozlaşdırmışdılar. Görüşdən sonra Paşinyanın verdiyi ikibaşlı açıqlamalar, sürüşkən ifadələr göstərdi ki, həmin pessimist proqnozlar özünü doğrultmağa başlayır. Deməli, belə nəticə çıxır ki, həmin görüşdə, loru dildə desək, Putin növbəti dəfə Paşinyanın “qulağını çəkib” və ona Brüsseldəki razılaşmaları unutmağı “tövsiyə edib”. Bunun da nəticəsi olaraq, Azərbaycan tərəfi öz üzərinə düşəni yerinə yetirməsinə, komissiyada ölkəmizi təmsil edəcək heyəti formalaşdırmasına baxmayaraq, Brüssel razılaşşmasının əleyhinə olaraq, Ermənistan tərəfi götürdüyü öhdəliyi yerinə yetirməyib. Nə heyət formalaşdırmayıb, nə də ikitərəfli komissiyaya qatılmayıb. Azərbaycan Prezidentinin Litva Prezidentilə görüşdə söylədiyi fikirlər də bunun əyani sübutudur.

Təəssüf ki, beləliklə də sivil dünyanın, beynəlxalq birliyin əhəmiyyətli tərkib hissəsi olan Avropa İttifaqının timsalında Azərbaycanla Ermənistan arasında dayanıqlı və qəti sülhün əldə edilməsi istiqamətində atdığı növbəti addım Moskva tərəfindən bloklanmış oldu. Bu isə bir daha göstərir ki, Putin Rusiyası və onun əli qana batmış “diplomatiyası” regiondan əlini çəkməyincə, dayanıqlı sülhə nail olunmayacaq. Çünki uzaq və yaxın tarixdən ibrət çıxaran hər kəsə Rusiya “diplomatiyası”nın Qafqaza yalnız qan-qada, ədavət, xalqlar arasında düşmənçilik və öz imperiya maraqlarının təminatından başqa heç nə gətirmədiyi gün kimi aydındır.../“AzPolitika.info”/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya təşəbbüsü əldən vermir: Moskva görüşü də olacaq... - Belə deyirlər...

    Rusiya təşəbbüsü əldən vermir: Moskva görüşü də ...

    8-04-2022, 12:27

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

    Azərbaycan və Ermənistan xarici işlər ...

    12-07-2017, 11:00

  • 
  • Azərbaycan prezidenti Avropa Xalq Partiyasının nümayəndə heyətini qəbul edib

    Azərbaycan prezidenti Avropa Xalq Partiyasının ...

    26-09-2016, 13:14

  • 
  • Azərbaycan və Ermənistan nümayəndə heyətləri üzvləri arasında görüş keçirilib

    Azərbaycan və Ermənistan nümayəndə heyətləri ...

    26-06-2013, 23:25

  • 
  • Prezident İlham Əliyev Latviya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Latviya xarici işlər ...

    12-02-2017, 12:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu