Gundemxeber.az » Dünya » Ukrayna kəşfiyyatı: “Müharibə ilin sonuna qədər və daha çox uzana bilər”
Rusiya Prezidenti Vladimir Putin ən azı 2022-ci ilin sonuna qədər Ukraynaya qarşı uzunmüddətli müharibə aparmağa hazırdır. Bu barədə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibiski “Azadlıq” radiosunun layihəsi olan “Krym.Realii”yə müsahibəsində bildirib.
“Putin öz planlarından əl çəkmir, bu müharibə uzanacaq.
Aktiv fazanın nə qədər davam edəcəyi, – bu, sentyabr ayı da ola bilər, oktyabr ayı da ola bilər, yaxud da ilin sonuna qədər uzana bilər, - bizim müqavimətimizdən, müdafiə qüvvələrimizin vəziyyətindən və bizə göstərilən yardımlardan asılıdır.
Bununla bağlı çox tarixlər göstərilir.
11 sentyabr Rusiyada vahid səsvermə günüdür. İşğal olunmuş ərazilərdə “referendum” və ya digər tədbirlərin keçirilməsinin mümkünlüyü bu tarixlə bağlıdır.
Oktyabrın 7-də Putinin doğum günüdür, onun 70 yaşı var və hər kəs də hərbçilərin ona “hədiyyə” vermək istəyəcəyi düşüncəsindədir.
Skibiskinin sözlərinə görə, müxtəlif dairələr Vladimir Putini müharibəni başlatmamağa inandırmağa çalışsalar da, buna nail ola bilməyiblər.
O, son günlərinə qədər Rusiyaya rəhbərlik etməyi planlaşdırır.
“Heç kimə inanmır, heç kəsi eşitmir. Onun Rusiya imperiyasının bərpası ilə bağlı öz planları var və bunu bütün dünyaya bəyan edib.
Xarici liderlər onu fikrindən döndərməyə çalışdılar, lakin uğursuz oldu.
Onun aparmaq istədiyi müharibə uzun sürəcək. O, mövqelərindən əl çəkmək istəməyən adamdır”, – deyə Skibiski qeyd edib.
GundemXeber.Az
3-10-2018, 09:13
25-03-2021, 15:35
12-05-2022, 14:54
30-06-2020, 21:14
9-03-2014, 13:05
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?