Gundemxeber.az » Dünya » İrandan qaçmaq istəyən narazı molla Türkiyə sərhədində həbs edildi - FOTO
İranlı din xadimi Vəhid Hiroabadi Qərbi Azərbaycan sərhədində həbs edilib.
“Azad İran”ın məlumatına görə, bu barədə onun xanımı, yazıçı və şair Məryəm Cəfəri Azərmani iyunun 1-də öz sosial media hesabında yazıb.
“Ötən gecə həyat yoldaşım Vəhid Hiroabadi Bazərqan sərhəd-keçid məntəqəsindən çıxmaq istəyərkən saxlanılıb”, - deyə o bildirib.
Vəhid Hiroabadi 2020-ci ilin yayında “Xüsusi Ruhanilər Məhkəməsi” tərəfindən “yalan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq və hakimiyyətə qarşı təbliğat fəaliyyəti”ndə ittiham olunub.
Siyasi Məhbusların Hüquqlarını Müdafiə Kampaniyasının yazdığına görə, yaxın gələcəkdə Vəhid Hiroabadinin qeyd olunan ittiham və “ali rəhbəri təhqir etmək” ittihamı ilə mühakimə olunacağı gözlənilirdi.
Müxalif mollanın saxlanılması ilə bağlı İran rəsmiləri və sərhəd-keçid məntəqəsinin rəsmiləri heç bir açıqlama verməyiblər.
GundemXeber.Az
22-06-2020, 10:45
17-09-2020, 14:49
11-11-2013, 22:08
30-06-2020, 15:17
5-08-2015, 14:10
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?