Dövlətlərarası münasibətlərdə anlaşılmazlıqlara diplomatlar aydınlıq gətirir. Onların izahını, yozumunu verir. Dövlət rəsmilərinin nəzərdə tutmadıqları fikirlərə münasibətləri qaydasına salmaq məqsədi ilə yozum verir. Bəs dövlətin xarici siyasətini icra edən bir qurumun başçısı, yaxud ölkənin baş diplomatı səhv etdikdə buna kim və hansı qurum düzəliş, yozum verir?
Belə hallarda mədəni dövlətlərin elə Xarici İşlər Nazirliyi uyğun təkzib və izahat verir.
Rusiyanın xarici işlər naziri son bir ayda çıxış və açıqlamalarında bir neçə dəfə belə yanlışlıqlara yol verib.
Bu il mayın əvvəlində o, faşist Almaniyasının başçısı Adolf Hitlerin yəhudi olduğunu, Ukrayna Prezidenti Volodimir Zelenskini də ona bənzədərək ziddiyətli açıqlama vermiş, onun yəhudi olduğunu demişdi: “Mən səhv edə bilərəm, ancaq Hitlerdə də yəhudi qanı var idi”. Bununla o, antisemit kimi çıxış edib.
Rusiya hakimiyyəti ümumxalq səsverməsi ilə Prezidenti seçilən, öz dövlətinin ərazi bütövlüyü və suverenliyini müdafiə edən, başqasının torpaqlarına soxulmayan Zelenskini “nasist” sayır. Bu azmış kimi, Sergey Lavrov yəhudilərin özlərini “faşist” və “antisemit” olmaqda ittiham etməklə yanlışlığını düzəltmək əvəzinə yeni səhvlər edib.
Sergey Lavrov bu dolaşıq fikirlə az qala faşizmi yəhudilərin yaratdığını iddia etmək istəyib. Belə ehtimal etmək olar ki, beynəlxalq ictimaiyyət ona bir az da təzyiq etsə, o, Holokost soyqırımını da inkar edər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?