Gundemxeber.az » Dünya » Çin Rusiya ilə güclü əlaqələrini bir daha təsdiqləyib
Çin dövlət mediası bildirir ki, prezident Si Tsinpin Rusiya prezidenti Vladimir Putinlə çərşənbə axşamı telefon danışığı zamanı ölkəsinin Rusiya ilə yaxın əlaqələrini bir daha təsdiqləyib.
Həm Sinxua Xəbər Agentliyi, həm də CCTV dövlət televiziyasına görə, Si rusiyalı həmkarına Ukraynadakı böhranın danışıqlar yolu ilə həllini dəstəklədiyini deyib. Kremlin bəyanatında deyilir ki, Çin lideri Rusiyanın "təhlükəsizliyinə xarici qüvvələrin yaratdığı çağırışlar qarşısında əsas milli maraqlarını" qorumaq istiqamətindəki hərəkətlərinin "legitimliyini" qeyd edib.
Si və Putin fevral ayında Pekin Qış Olimpiya Oyunları zaman genişmiqyaslı əməkdaşlıq paktı imzalayıb, buna əsasən iki tərəf tərəfdaşlıqlarında "heç bir məhdudiyyət" olmayacağına söz verib.
Pakt Rusiyanın fevralın 24-də Ukraynaya təcavüzünə başlamazdan bir neçə həftə əvvəl imzalanıb. Çin Ukraynadakı hərəkətlərinə görə Rusiyanı tənqid etməkdən imtina edib, hətta onu işğal belə adlandırmayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Çinin mövqeyini tənqid edib. Sözçü bildirib ki, Çin neytral olduğunu iddia etsə də, onun davranışı hələ də Rusiya ilə sıx əlaqələrə sərmayə qoyduğunu açıq şəkildə göstərir. Sözçü deyib ki, Pekin bütün dünyada Rusiya təbliğatını təkrarlamaqda davam edir, beynəlxalq təşkilatlarda Moskvanı sipər edir və Rusiyanın Ukraynadakı vəhşiliklərinə dair sübutları "onların səhnələşdirildiyini irəli sürərək" inkar etməkdə davam edir./amerikaninsesi.org/
1-09-2014, 14:40
31-07-2021, 15:11
24-03-2018, 09:57
19-06-2019, 19:47
18-03-2022, 11:34
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?