ABŞ prezident Donald Tramp deyib ki, o, Çin prezidenti Şi Tsinpinq ilə pozitiv telefon söhbəti edib və gələn həftə Yaponiyada keçirilən Böyük 20-lər sammitində geniş müzakirələr aparmağı planlaşdırır.
Tramp Tvitter hesabında bildirib ki, onun Çin prezidenti ilə çox müsbət telefon söhbəti olub. O əlavə edib ki, hər iki tərəfin nümayəndələri görüşdən əvvəl danışıqlar aparacaq
Ağ Evin baş iqtisadi məsləhətçisi Larri Kudlov müxbirlərə bildirib ki, Çin məhsullarına tətbiq edilən tariflər görünür, işləməyə başlayıb.
Çinin dövlət televiziyasında Şinin dünyanın iki nəhəng iqtisadiyyatı arasında bərabər şərtlər əsasında müzakirələrin aparılmasının mühüm olduğunu və ölkələrin münaqişə nəticəsində hər ikisinin məğlub ola biləcəyi bildirilib.
2020-ci il prezident seçkiləri üçün Floridada keçirdiyi ilk rəsmi kampaniyasında çıxış edən Tramp tərəfdarlarını Çinlə danışıqlarının müsbət keçiriləcəyinə əmin edib.
Çərşənbə axşamı Trampla Şi arasında telefon danışıqlarından əvvəl onların gələn həftə Osakada görüşəcəyi rəsmi olaraq təsdiqlənməmişdi.
Tramp bundan əvvəl görüşün baş tutacağını demişdi. Lakin Çin bunu ictimaiyyətə şəkildə təsdiqləməmişdi. Tramp Şi görüşə gəlməyəcəyi təqdirdə dərhal 325 milyard dollar dəyərində Çin məhsullarına əlavə tariflər tətbiq edəcəyini deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?