Bu il fevralın 24-dən dünya paytaxtları tərəfindən qəbul edilməyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Bakıda olacaq, prezident İ.Əliyev və xarici işlər naziri C.Bayramovla görüşəcək.
Rusiya rəhbərləri “toksik” sayılırlar, bir müddət öncə Balkanların üç slavyan ölkəsi bu dövlətlərin hava məkanına Lavrovun təyyarəsinin uçuşunu qadağan edib. Son ayda Lavrovla yalnız Ukrayna taxılının ixracı ilə bağlı vasitəçilik edən Türkiyənin dövlət rəhbərləri görüşüblər və bir həftə öncə Lavrov Yerevanda olub. RF XİN rəhbərinin İrana səfəri də anons edilib, lakin vaxt müəyyənləşdirilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?