Gundemxeber.az » Dünya » Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1 500 nəfərə çatıb - Yenilənib
Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 500 nəfərə çatıb.
Bu barədə "Aljazeera" telekanalı "Taliban" hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakətdən 2 000-dən çox insan zərər çəkib.
Bundan əvvəl “Boxtar” agentliyi 1 000 ölü və 1 500 yaralı olduğunu qeyd edib. Yerli hakimiyyət orqanları daha çox ölü və yaralı ola biləcəyindən ehtiyat edir.
Əfqanıstanın Paktika, Host, Laqman, Qəzni, Lohar və Kabil əyalətlərində zəlzələ çərşənbə günü gecə 6,1 bal gücündə baş verib. “Taliban” rəhbərliyi zəlzələdən zərər çəkənlərə yardım üçün 1,1 milyon dolların (ABŞ) ayrılmasını təsdiqləyib.
***
Əfqanıstanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib.
Bu barədə Paktika vilayətinin informasiya və mədəniyyət departamentinin rəhbəri Məhəmməd Amin Huzayfa CNN-ə bildirib.
Onun sözlərinə görə, təkcə Qayan və Barmal rayonlarında ölənlərin sayı 1000 nəfəri ötüb, ən azı 1500 nəfər isə yaralanıb. Qonşu Xost vilayətində 25, Nanqarhar vilayətində isə 5 nəfər həlak olub.
Rəsmilər axtarış-xilas etmə işlərinin davam etdiyini, insan itkilərinin artacağını bildirilər.
***
Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.
Bunu ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini bildirib.
Məlumata görə, təbii fəlakət nəticəsində 620-yə yaxın insan yaralanıb.
***
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 6 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.
Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.
Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.
Qeyd edək ki, daha öncə "The Washington Post" 155 nəfərin həlak olduğunu bildirmişdi.
Gundemxeber.Az
3-12-2017, 20:29
9-08-2017, 11:00
26-10-2015, 17:29
15-11-2017, 00:44
2-10-2018, 16:28
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?