Rusiya prezidenti Vladimir Putinin iyunun 28-də Düşənbədə tacikistanlı həmkarı İmaməli Rəhmanla danışıqlar aparacağı gözlənilir. Səfər Mərkəzi Asiya ölkələrində Rusiyanın Ukraynaya əsassız müdaxiləsi ilə bağlı narathlıqların davam etdiyi fonda baş verir.
Kremlin mətbuat katibi Dimitri Peskov iyunun 27-də Moskvada jurnalistlərə bildirib ki, danışıqlar üzbəüz formatda keçiriləcək. O, səfər haqqında ətraflı məlumat verməyib.
Putin Tacikistana səfərindən əvvəl Ukraynada müharibə ilə əlaqədar Rusiya və Qərb arasında gərginliyin artdığı zaman daha bir müttəfiqi olan Belarusun avtoritar rəhbəri Aleksandr Lukaşenkoya Moskvanın Minskə 500 km.-lik məsafə qət edə bilən “İsgəndər-M” mobil raket kompleksi verəcəyini bildirib.
Rusiya, Belarus və Tacikistan Ermənistan, Qırğızıstan və Qazaxıstanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir.
Bu ayın əvvəlində Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak edən Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı hökümətləri tanımaqdan imtina edərək, Rusiyanın Ukrayna ilə bağlı iddalarına dəstək veməyib.
O həmçinin bildirib ki, Qazaxıstan Ukrayna müharibəsi səbəbindən Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaları da pozmayacaq.
Hazırda Moskva Tacikistanda Rusiyanın bazaları hesab edilən üç fərqli obyektdə 201-ci motoatıcı diviziyasının 7 minə yaxın hərbçisini yerləşdirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?