1918-ci ildə Vladimir Lenin keçmiş Rusiya İmperiyasının borclarından imtina etdikdən sonra ilk dəfə olaraq, Rusiya suveren borcunuödəyə bilmir. Bunu istiqraz sahiblərinə dollar və avro ilə təxminən 100 milyon dollar ödəmədən edib.
Defolt Rusiyanın nağd pul qıtlığına görə deyil. Vladimir Putin hökuməti enerji qiymətlərindəki son artımdan yaxşı gəlir əldə edir. Ukrayna müharibəsi ilə əlaqədar Qərbin sanksiyaları Rusiyanın tələb olunan həcmdə xarici valyutalara çıxışını praktiki olaraq qeyri-mümkün etdiyinə görə baş verib.
.Sözügedən ödənişlər keçən ay ödənilməli idi, lakin 30 günlük güzəşt müddəti bazar günü başa çatıb və bu, defolta səbəb olub.
Rusiya Ukraynanı işğal etdikdən və Rusiya iqtisadiyyatına genişmiqyaslı sanksiyalar tətbiq edildikdən sonra ABŞ Maliyyə Nazirliyi Rusiyanın beynəlxalq ödəniş xidmətlərindən istifadəsini əngəlləyən qaydaların istisnasına icazə vermişdi ki, Kreml borcunu ödəyə bilsin. Həmin istisnanın müddəti may ayında başa çatıb.
Rusiya sanksiyaları günahlandırır. Rusiyanın maliyyə naziri Anton Siluanov ödənişlərin edilməməsinin əsl defolt olduğunu təkzib edib.
Rusiya Rusiya banklarında öz kreditorlarının adına açılmış hesablara rublla ekvivalent məbləğdə pul ödəyib. Lakin Rusiya banklarına qarşı beynəlxalq sanksiyalar səbəbindən həmin kreditorların vəsaitlərə çıxışı çətin və ya qeyri-mümkün olacaq.
Bloomberg News-un verdiyi açıqlamada Siluanov "Xaricdəki kontr-agentlər xarici valyutada ödənişləri etməkdən imtina edir, bu, bizim üçün fors-major vəziyyətdir. Sırf bu səbəbdən rublla ödənişlərə keçirik" deyib.
"Fors-major" termini bir çox müqavilələrdə ümumi olan müddəaya istinad edir ki, bu da tərəflərin nəzarətindən kənar qüvvələrin öhdəliklərini yerinə yetirməsinə mane olması halında onları məsuliyyətdən azad edir. Öhdəliklər yerində qalır və bunu etmək mümkün olduqda yerinə yetirilməlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?