GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Azərbaycanda fars ladlı mahnıların hədəfi nədir? - ŞƏRH

Azərbaycanda fars ladlı mahnıların hədəfi nədir? - ŞƏRH

Tarix: 1-07-2022, 11:51 Bölmə :Dünya Baxış: 552


Azərbaycan müstəqil olandan bəri İranın davamlı təzyiqlərinə məruz qalıb. Bu azmış kimi cənub qonşumuz həm də mədəni ekspansiyaya cəhdlər edir. Heç kimə sirr deyil ki, İran əhalisinin böyük bir hissəsi Azərbaycan türklərindən ibarətdir. Onların sayı barədə müxtəlif rəqəmlərin olması da bir problemdir. İran əhalisi 81 milyon nəfərdir. Qeyri-rəsmi mənbələr Azərbaycan türklərinin sayının 35 milyonadək olduğunu bildirirlər. Rəsmi mənbələrdə isə onların sayı 22 milyonadək göstərilir. Bütün hallarda türklərin sayı çoxdur. Ancaq onların ana dilində bir sinif məktəbi belə yoxdur. Bu halda yəqin milli musiqi məktəblərinin varlığından söz açmaq belə məntiqi deyil.

Cənubi Azərbaycan türkləri öz dilini, milli mədəniyyətini, musiqisini, rəqsini, muğamını və bu kimi sahələri bir qayda olaraq Azərbaycan Respublikasından öyrənir. Burada təhsil alırlar. Öyrənmək və təbliğ etmək sayı milyonlarla olan bir etnosun özünüqoruma və üzləşdiyi assimilyasiyaya qarşı başlıca müqavimət vasitəsidir.

Qeyd edək ki, keçmiş SSRİ dönəmində də onlar Azərbaycan SSR-dən eyni şəkildə faydalanırdılar.

Bu baxımdan milli musiqinin yaradılmasında dahi Üzeyir Hacıbəyovun xidmətləri əvəzsizdir. Mütəxəssislər bildirir ki, o, Azərbaycan musiqisini fars, ərəb və başqa ladlardan təmizləyib, qoruyub. Bununla da milli musiqinin yaranmasına təkan verib. Üzeyir Hacıbəyov məktəbini Cahangir Cahangirov və ardıcılları uğurla inkişaf etdirib. Əslən İrandan olan Azərbaycan mədəniyyət xadimləri Cahangir Cahangirov, Rübabə Muradova, Yaqub Zurufçu, Nasir Ətapur, Cavid, Həsən Ənami, Rafiq İmrani, Siyavuş Kərimi və başqalarının yaradıcılığında Azərbaycan musiqisi milli ladda ifa edilir və ya yazılır. Başqa sözlə, onlar da xanəndələr demiş, boğazlarını fars və ərəb ləhcələrindən qoruyublar.

“Ayrılıq” və “Sizə salam gətirmişəm” kimi məşhur mahnıların müəllifi Əli Səlimi İranda milli musiqi təhsili almadan Azərbaycan ladında möhtəşəm əsərlər yaradıb. Məşhur qarmon ifaçıları Rəhman Əsədullahi, Rəhim Şəhriyari də Azərbaycan milli musiqisini təbliğ edirlər. Kanadanın Toronto şəhərində “Tabriz Azerbaijani & Dance Ensemble” ( “Azərbaycan Təbriz və rəqs ansamblı”) adlı qrup fəaliyyət göstərir. Ansamblda hər iki Azərbaycanın təmsilçiləri var. Ancaq onların yaradıcılığında da Azərbaycan musiqisi adı altında yabanı ladlar təbliğ edilmir.

Son illər Azərbaycan mahnılarına sanki kənar müdaxilələr başlayıb. Milli musiqidə fars və ərəb ladları artmağa başlayıb. Mahnı janrı meyxana ilə əvəz edilməklə yanaşı, fars ladları artmağa başlayıb. Əvvəllər bunu yerli ara müğənniləri edirdi.

Kommersiya maraqları bu ladda ifaçıların efirlərə yol açmasına da səbəb olub. İrandan olan bir sıra müğənnilər Azərbaycan dilində fars ladı üstündə mahnı oxumaqla milli musiqiyə zərbə vururlar. Onların ifa etdikləri isə Azərbaycan musiqisi və mahnısı kimi təqdim edib. Bununla da Üzeyir Hacıbəyov və onun məktəbinə yabanı müdaxilələr olunur. Onu içindən zəif salmağa çalışırlarSanki görünməz bir əl Azərbaycanın musiqisinə fars ladını, boğazını, ləhcəsini zorla təlqin edir.

Bu günlərdə telekanallardan birində baş verən hadisə özündən müştəbeh belə müğənnilərin efirə buraxılmasında qaydaların olmadığını təsdiqlədi. Ola bilər aparıcı, verilişin hazırlanmasına görə məsuliyyət daşıyanlar vətənsevərlik nümayiş etdirməyə səy göstərirlər. Onlar elə düşünür ki, İrandan olan, Azərbaycan dilində mahnı ifa edən azərbaycanlıları efirə buraxmaqla fədakarlıq edirlər. Ancaq unudurlar ki, bu, Cənubi Azərbaycandan gəlmiş bütün müğənnilərə aid deyil və bir çox halda onlar Azərbaycan milli musiqisinin fars və ərəb ladı ilə korlanmasına vasitə olurlar

Bu da sirr deyil ki, İranda Azərbaycan türkləri öz milli haqlarının təmin olunması istiqamətində fəaliyyət göstərirlər. İranda rəsmi və qeyri-rəsmi bir sıra şəxslər yanlış olaraq bu istək və tələblərin Azərbaycan Respublikasından dəstəkləndiyini, idarə olunduğunu zənn edirlər. Bunun qarşısını almaq üçün də Azərbaycan Respublikasında iranmeyilli qüvvələri, başqa sözlə İranın 5-ci kolonunu yaratmağa səy göstərirlər. Bakıda bir sıra çıxışlarla onlar özlərini nümayiş etdirirlər. Oxşar “şüar”ların Tehranda və Təbrizdə də Azərbaycana qarşı səslənməsi bunu təsdiqləyir.

Təbriz, Ərdəbil, Miyana, Urmiya, Zəncan, Astara, Əhər, Miyana, Makı, Ərak, Qəzvin, Kərəc, Həmədan, İsfahan, Tehran, Xoy və Cənubi Azərbaycanın başqa şəhərlərində milli musiqiyə bağlı könüllü dərnəklər, qruplar fəaliyyət göstərir. Azərbaycan musiqisi, rəqsi və mahnılarını qoruyub, yayan həmin fədakar insanlar fəaliyyətləri ilə milli-etnik mədəniyyəti təbliğ edirlər. Bu yolla onlar panfarsçı ideologiyadan, milli əritmə siyasətindən, tədbirlərdən qorunurlar. Onların fəaliyyətinə İran qanunları icazə versə də, bir çox hallarda həmin şəxslər təqibə və təzyiqlərə məruz qalırlar.Həmin insanların Azərbaycan milli musiqisindən faydalanmasının qarşısını almaq məqsədi ilə sanki yeni xəyanətlərə əl atırlar. Son illər Azərbaycan musiqisinə fars ladlı mahnıların yeridilməsi də bu məqsədi güdür

Belə ehtimal etmək olar ki, həmin görünməz əllər ölkəmizdə fars ladlı musiqini Azərbaycan mahnısı adı altında təbliğ etməklə İranda etnik mədəniyyətin inkişafının və Təbrizlə Bakının bir-birini tanımasının qarşısını almağa çalışırlar. Başqa sözlə, İrandan yeridilən fars ladlı musiqi Azərbaycan Respublikasında ifa edildikdən sonra Cənubi Azərbaycana milli musiqi kimi qaytarılır. Bununla da Azərbaycan milli musiqisinin İran İslam Respublikası ərazisində yayılmasının qarşısı alınır. Başqa bir tərəfdən İran mərkəzli fars düşüncə sisteminin yürütdüyü assimilyasiya siyasəti davam etdirilir...

Atalar belə vəsiyyət edib: dilini, elini, belini qoru. Fikrimcə, bu sıraya milli mədəniyyəti, musiqini də əlavə etmək olr. Musiqi dili daha yüyrək olur. Bir milləti başqasından ayıran təkcə dil deyil, həm də musiqi və onun ladıdır.

Öz elim, öz dilim, öz ladım...


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan əhalisinin sayı 124 min nəfər artıb

    Azərbaycan əhalisinin sayı 124 min nəfər artıb ...

    16-01-2013, 10:48

  • 
  • Ruhanidən mühüm açıqlama: İran Azərbaycan dilinə rəsmi status vermək istəyir

    Ruhanidən mühüm açıqlama: İran Azərbaycan dilinə ...

    31-05-2016, 23:35

  • 
  • İran parlamentində rəsmi Azərbaycan təhdid edildi

    İran parlamentində rəsmi Azərbaycan təhdid edildi ...

    11-04-2013, 10:04

  • 
  • Azərbaycanda 5 min İran vətəndaşı yaşayır

    Azərbaycanda 5 min İran vətəndaşı yaşayır ...

    21-11-2013, 15:42

  • 
  • Azərbaycan əhalisi 9 milyon 477 min nəfərə çatıb

    Azərbaycan əhalisi 9 milyon 477 min nəfərə çatıb ...

    2-02-2014, 21:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
Boom bets
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu